SON DƏQİQƏ

PressDent.Info

Rza Zərrab Amerikada həbs edildi

Rza Zərrab Amerikada həbs edildi
22-03-2016, 12:41 29493 dəfə baxılıb

Azərbaycan əsilli iş adamı Rza Zərrab Amerikada həbs edilib. Lent.az-ın məlumatına görə, iki il əvvəl Türkiyədə keçirilən korrupsiya əməliyyatları çərçivəsində həbs edilən və 70 gün həbsdə qalan biznesmen ABŞ-ın Mayami şəhərində saxlanılıb.

O, İrana qoyulan embarqoları pozmaqda, çirkli pulların yuyulmasında və bank saxtakarlığında ittiham edilir. Prokurorluq Zərraba 75 il həbs cəzası verilməsini tələb edir. Zərrabla bərabər iki İran vətəndaşı da həbs edilib. Bunlar Kamelia Cəmşidi və Hüseyn Nəcəfzadədir. Hər üç şəxs İran hökümətinin xeyrinə saxtakarlıq edərək 100 milyonlarla dollar məbləğində çirkli pulların yuyulmasında günahlandırılır.

Prokurorluq hər üç şəxsi ABŞ-a qarşı dələduzluqdan 5, İrana qoyulan embarqoların pozulmasından 20, bank saxtakarlığından 30 və çirkli pulların yuyulmasından 20 il olmaqla, 75 il həbs cəzasına məhkum edilməsini tələb edir.

Qeyd edək ki, R.Zərrab həmçinin türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşıdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ