SON DƏQİQƏ

PressDent.Info

Bakıda yersiz yol nişanları - FOTO

Bakıda yersiz yol nişanları - FOTO
15-03-2016, 14:25 37758 dəfə baxılıb

Bakıda yol hərəkətinin təşkili ilə bağlı iki yerdə nöqsanlar aşkar edib. Bu işdə bizə Təbriz adlı oxucumuz da dəstək olur. Ümid edirik ki, hər iki məsələ tezliklə həllini tapacaq.
 
Birinci problem Qaradağ rayonu ərazisindədir. Belə ki, Lökbatan qəsəbəsinin girişindəki Buta-Heybət dəmiryol keçidinin yanında 7.13 və üstündə 2.5 nişanı qoyulub. Yol hərəkətinin təşkilində nişanların bu cür tətbiqi nəzərdə tutulmayıb. Avtosfer.az bildirir ki, yol hərəkətinin bu cür təşkili biabırçılıqdır. Çünki həm Baş yol nişanı, həm də "Stop" nişanı bir-birinə tam ziddir.
 
Oxucularımızdan birinin dəfələrlə aidiyyatı orqanlara müaricət etməsinə baxmayaraq həmin 2.5 nişanını 2.1 nişanı ilə əvəz etməyiblər.
 
İkinci problem şəhərin Qurban Xəlilov küçəsi ilə Landau küçəsinin kəsişməsində qoyulan 4.3 və 3.27 nişanları ilə bağlıdır. Sürücü Q.Xəlilov küçəsi ilə hərəkətdə olarkən 4.3 nişanını görüb Landau küçəsindəki nəqliyyat vasitələrinə yol verərək dairəyə daxil olub, dairə boyunca hərəkətdə olarkən İnşaatçılar prospektindən gələn nəqliyyat vasitələrinin sürücüləri ona yol vermir. Çünki İnşaatçılar prospekti ilə Landau küçəsinin kəsişməsində 4.3 nişanı yoxdur. Bu problemlə də bağlı dəfələrlə müraicət edilməsinə baxmayaraq məsələ öz həllini tapmayıb.
 
Oxucumuz xahiş edir ki, Qurban Xəlilov küçəsində qoyulan 4.3 və 3.27 nişanını götürüb, 2.4 nişanı və 3.28 nişanı ilə əvəz edilsin. Çünki həmin ərazidə yol kifayət qədər geniş olduğuna görə orada nəqliyyat vasitəsinin dayanması digər hərəkət iştirakçılarına maneə yaratmır.
 
Bakıda yersiz yol nişanları - FOTO
 
Bakıda yersiz yol nişanları - FOTO
 
Bakıda yersiz yol nişanları - FOTO

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ