SON DƏQİQƏ

PressDent.Info

Sabah Azərbaycanda havanın temperaturu 21 dərəcəyədək artacaq

Sabah Azərbaycanda havanın temperaturu 21 dərəcəyədək artacaq
1-03-2016, 14:03 28797 dəfə baxılıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən paytaxt və yarımadanın bəzi yerlərində gecə və səhər duman, çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
 
Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
 
Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ