SON DƏQİQƏ

PressDent.Info

5 yaşlı “Məhəmməd üçün” yardım kampaniyası… - FOTOLAR

5 yaşlı “Məhəmməd üçün” yardım kampaniyası… - FOTOLAR
2-02-2016, 16:39 36975 dəfə baxılıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üzvləri 2010-cu il təvəllüdlü, kəskin limfoblastik leykemiya (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən balaca Məhəmməd Musazadəyə kömək etmək məqsədi ilə ölkəmizin internet məkanında Azərbaycan və rus dillərində genişmiqyaslı “Məhəmməd Üçün” (#MehemmedUcun) adlı yardım kampaniyasına start veriblər. 
Musavat.com-a danışan Məhəmmədin yaxın qohumu Ülkər Novruzlu bildirib ki,  gənclər Məhəmmədə dəstək məqsədi ilə facebook sosial şəbəkəsində aidiyyatı qrup (https://www.facebook.com/groups/1704962779751152/) və səhifədə  (https://www.facebook.com/mehemmeducun/) birləşərək, ikinci əl kitablar, büjuteriya, texnika və s. xeyriyyə yarmarkası təşkil ediblər.
Ülkər deyir ki, “Balaca Məhəmmədin xəstəliyinə biganə qalmayan sadə insanlar da bir başa ianələri ilə aksiyanı dəstəkləyir və birgə fəaliyyət nəticəsində indiyə qədər  3930 AZN məbləğ toplanıb. Lakin balaca Məhəmmədin tam sağalması üçün 70.000 ABŞ dolları tələb olunur”.
 
Yardım kampaniyasının təşkilatçılarının sözlərinə görə, yaxın günlərdə kampaniya daha da genişlənəcək. Onlar gələcək planlarında kitab yarmarkası, konsert proqramı və şirniyyatı sərgisi keçirməyi nəzərdə tutublar.
Qeyd edək ki, istənilən bir şəxs bu yardım kampaniyasına qoşula bilər və ya MilliÖn vasitəsi ilə aşağıda verilmiş sıralamaya riayət edərək (MilliÖn apartı ==> Bank Standart ==> Debet kartına mədaxil ==> Müştəri İD-si: 485638 ==> Doğum tarixi: 1993/12/24 ==> Təsdiq ==> Ödə) müəyyən məbləğdə ianə edə bilərlər. 
 
Təşkilatçılar qeyd edirlər ki, hazırda Türkiyənin paytaxtı Ankara şəhəri Hacettepe Universitetinin Xəstəxanasında müalicə alan Məhəmməd üçün toplanılan vəsait haqqında gündəlik olaraq internet qrup və səhifəsində hesabat verilir. 
Qeyd edək ki, yardım aksiyası ilə əlaqədar mehemmeducun.com saytı da açılıb.
 




ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ