SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda ötən ilin əkiz və üçəmləri - RƏSMİ STATİSTİKA

Azərbaycanda ötən ilin əkiz və üçəmləri - RƏSMİ STATİSTİKA
21-01-2016, 18:15 24969 dəfə baxılıb

Ötən il Azərbaycanda 2774-ü əkiz, 78-i üçəm körpə doğulub.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 152,4 min doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil etmişdir. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir.
 
İlin əvvəlindən ölkə əhalisinin sayı 103,8 min nəfər və ya 1,1 faiz artaraq 2015-ci il dekabr ayının 1-i vəziyyətinə 9696,8 min nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 112 nəfərdir. Əhalinin 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1009 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ilin 11 ayı ərzində 50,0 min ölüm halı qeydə alınmışdır və 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.
 
Qeydiyyat şöbələri tərəfindən ölkədə 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil etmişdir.
Cari ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2494 nəfər gələn və
1082 nəfər ölkədən gedən qeydə alınmışdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ