11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq
10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi
14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev
13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.
21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.
Tanınmış müğənni nazirləri istefaya çağırdı: “ - … Çıxın gedin”
"Azərbaycan öldü. məhv oldu azərbaycan... Xalqı bu günə qoymaq olmaz. Qorxudub xalqı qırmaqla hakimiyyətdə qalmaq olmaz".
Bu sözləri tanınmış müğənni Əli Mirəliyev Cebhe.info-ya manatın dəyərdən düşməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“Onsuz da biz qazın, işığın, suyun pulunu verə bilmirdik. Təsəvvür edin ki, hər şeyin qiymətini 50 faiz qaldırıblar.Necə olacaq bu millətin işi? Yuxardakılar fikirləşmirlər ki, onların pulu var, aşağıdakılar neynəyəcəklər? Zavodu, fabriki olmayan bir dövlətin bütün sahələrdə qiymətlərini hara qaldırırsan axı? İş adamları olsun 10 faiz, qohumları olsun 5 faiz, bəs 85-90 faiz əhali neyniyəcək? Mən Əli Mirəliyev 160 manat pensiya alıram. Nə edim, necə dolanım? Mütəmadi istifadə etdiyim dərmanın qiyməti də qalxıb. 12 manatlıq dərmanım indi 18 manata satılır. Birdən-birə 6 manat qaldırıblar. Bu, belə getməz. Belə dövləti idarə etmək olmaz. İdarə edirsiniz edin, ya da edə bilmirsizsə, çıxın gedin. Çünki bu xalqı bu günə qoymaq olmaz. Qorxudub xalqı qırmaqla hakimiyyətdə qalmaq olmaz. Bu addımlar gec-tez nifrət qazandırır” deyə vurğulayıb. Müğənninin sözlərinə görə, indiki halda insanlar ümidini ancaq Allaha bağlayıb: “Allah yalnız xalqa kömək edəcək, iş adamlarına, məmurlara deyil. Nazirlərə baxın, görün nə oyunlardan çıxırlar. Azərbaycanın pulunu, sərvətini talan edirlər. Kim onlara icazə verib ki, bizim pulumuzu camaata yox, özlərinə sərf etsinlər? Bunlar heç kimi, prezidenti belə saymırlar. Belə olan halda manat çökəcək də...Azərbaycan öldü, məhv oldu Azərbaycan, vəssalam...”
Cebhe.info