SON DƏQİQƏ

PressDent.Info

İtən neftçilərdən birinin geyimi tapılıb

İtən neftçilərdən birinin geyimi tapılıb
22-12-2015, 02:09 23142 dəfə baxılıb

“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlara başlayıb.
 
Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
 
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 1 helikopteri, 1 təyyarəsi və SOCAR tərəfindən AZAL-dan icarəyə götürülən 2 helikopter axtarışları davam etdirir.
 
Axtarışlar hələlik heç bir nəticə verməyib.
 
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə 3 gəmi məşğuldur. Həmçinin Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi ərazidə monitorinq aparır, 2 gəmi yanğının söndürülməsi üçün gözləmə mövqeyindədir. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və həmin ərazidə işləyir.
 
İtən neftçilərdən birinin cəsədinin tapılması ilə bağlı mətbuatda gedən məlumatlara gəlincə, qurumdan bildirilib ki, tapılan meyit deyil, neftçi geyimidir.
 
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.
 
Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ