SON DƏQİQƏ

PressDent.Info

Maşallah Əhmədov 192 min manatlıq dələduzluqda ittiham olunur

Maşallah Əhmədov 192 min manatlıq dələduzluqda ittiham olunur
17-12-2015, 12:36 27405 dəfə baxılıb

Dələduzluqda ittiham olunan Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədovun nə qədər pul mənimsədiyi məlum olub.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən M. Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, M. Əhmədov pulu ödəməyib.
 
Bu il dekabrın 14-də isə Binəqədi polisinə M. Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində M. Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. M. Əhmədov həmçinin Y. Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.
 
M. Əhmədovla bağlı polisə daxil olan ikinci şikayət də birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ