SON DƏQİQƏ

PressDent.Info

QHT icra hakimiyyətini məhkəməyə verir

QHT icra hakimiyyətini məhkəməyə verir
16-12-2015, 20:58 31494 dəfə baxılıb

Şəffaf İdarəçilik İctimayi Birliyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə vermək istəyir.

 

İctimayi Birliyin nümayəndəsi Nihad Kazımov bu barədə saytımıza öz fikirlərinin bildirmişdir :

”İqtidarın vətəndaşları təhdidlə idarə etməsinə, ictimayi aktiv insanların şərələnərək həbs edilməsinə, ölkədə azad söz və fikirə qarşı dözümsüzlük nümayiş etdirib insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına qarşı  olaraq 10 dekabr Beynəlxalq İnsan Hüquqları gününə aksiya keçirmək  üçün 4 dekabr 2015-ci il tarixdə Bakı Şəhər İcra hakimiyyətinə müraciət etmişdik. Lakin “Şəffaf İdarəcilik” İctimayi Briliyinə cavab məktubu 14 dekabrida çatdırılır. Məktubda deyilir: "siz Sərbaəst Toplaşma haqqında qanunun 5-ci maddəsinin II  hissəsini pozmusuz. Eyni zamanda Bakı İcra Hakimiyyəti  vətəndaşların istirahət hüququn pozulmaması üçün sizin palanlaşdırdığınız aksiyanı keçirməyi məqsədə uyğun hesab etmir".

   Bakı İH Sərbəst Toplaşmaq  haqqıda qanunun 10-cu maddəsinin şərtlərini pozub.Qanunda  deyilir: Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması 

Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. 

   Bizim müraciətimiz ham qanuni şəkildə idi, Bakı İH-nin  cavabı  isə həmin qanuna ziddir. Dekabr ayının  7sində cavab hazırlanmış amma saxlayıb ayın 10dan sonra göndərilmişdir.”

Eyni zamanda Bakı İH-i  polisə xəbər vermişdir və üyğun olaraq sahə müvəkkilləri  gəlib təşkilatçılardan Cəmil Hacıyev və Nihad Kazəmovu  heç bir əsəs olmadan dekabrın  9-u saat 23-00-dan 10 dekabr saat 20 kimi, 24 saata yaxın müddətə polis bölməsinə aparıb orada  saxlamışdır. Bölmədə onlarla kobud davranıblar.

Şəffa İdarəçilik İctimayi Birliyi məsələ ilə bağlı Bakı İcra Hakimiyyətini məhkəməyə vermək niyyətindədir.

Pressdent.info

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ