SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Nəqliyyat qoçuları ilə sürücülərin növbəti davası - VİDEO

Nəqliyyat qoçuları ilə sürücülərin növbəti davası - VİDEO
14-08-2015, 16:23 41105 dəfə baxılıb

Nəqliyyat Nazirliyi əməkdaşlarının iştirak etdiyi daha bir qalmaqallı videogörüntü yayılıb.
 
Əldə etdiyimiz videogörüntüdə sürücülərlə nəqliyyat müfəttişləri arasında mübahisənin yarandığı və qəzəblənən sürücülərdən birinin nazirlik işçilərinə daş atdığı da görünür.
 
Hadisənin baş vermə səbəbi haqda tam məlumat əldə edə bilməsək də görüntülərdə danışan şəxslərin fikirlərindən məlum olur ki, sürücü Nəqliyyat Nazirliyi işçilərinin əməllərindən bezərək onlara etiraz edir və hətta intihar etməyə də cəhd göstərib.
 
Görüntülərdə nəqliyyat müfəttişlərinin oturduğu kafeyə gələn sürücünün onlara qəzəbini ifadə etdiyi və onlara daş atdığı görünür.
50 AA 512 və 23 AA 066 dövlət nömrə nişanlı avtomobillərlə hadisə yerində olan nəqliyyat müfəttişləri sürücünün qəzəbindən qaçmaq üçün 36 BB 580 dövlət nömrə nişanlı avtomobilə minərək oradan uzaqlaşmağa çalışırlar. Lakin digər sürücülər də məsələyə müdaxilə edərək nəqliyyat müfəttişlərinin getməsinə icazə vermirlər.
 
Sürücülərin “bu xalqdan nə istəyirsiniz?”, “niyə məcbur edirsiniz ki, bu adam özünü yandırsın?, “bu sürücü sizinlə niyə “prinsipə” düşüb?” sualları qarşısında nəqliyyat işçiləri sadəcə susublar.
 
Hadisənin baş vermə səbəbi haqda ətraflı məlumat əldə etməyə və Nəqliyyat Nazirliyinin də məsələyə münasibətini öyrənməyə çalışacağıq. Hadisənin Quba rayonunda baş verdiyi bildirilir.
 
Xatırladaq ki, istər sosial şəbəkələrdə, istərsə də mətbuatda Nəqliyyat Nazirliyi əməkdaşlarının sürücülərə qarşı özbaşınalığını, onlara qarşı zor tətbiq etmələrini əks etdirən videogörüntülər, məlumatlar dəfələrlə yayılıb. Bu özbaşınalıq sürücülərin haqlı və ya haqsız olmasından asılı olmayaraq tez-tez müşahidə olunur.
 
Hətta bir neçə gün əvvəl Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov belə bir açıqlama vermişdi: “Bəzi sürücüləri döyürsən də, söyürsən də, xeyri yoxdur…”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ