SON DƏQİQƏ

20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.

23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

PressDent.Info

Bəzi məktəblərdə şagirdlər hələ də soyuqdan donurlar

Bəzi məktəblərdə şagirdlər hələ də soyuqdan donurlar
3-12-2015, 12:19 46458 dəfə baxılıb

Qış mövsümünün başladığı gündən bəri paytaxtda və respublikanın digər ərazilərində mənzillərin, məktəb və uşaq bağçalarının, xəstəxanaların istiliklə  təminatında problem yaranmışdı. Səbəb isə "Azəristiliktəchizat" ASC-nin “Azəriqaz” İB-yə olan borcu idi. Noyabrın 30-dan başlayaraq, bu iki qurum arasında olan problemlər həllini tapdı, razılaşma əldə edildi və qazanxanalar qazla təmin edildi. 
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin “Azəriqaz” İB-yə borcu 40 milyon manatı keçib. Həmin borcun 8 milyon manatı təkcə 2015-ci ildə yaranıb. 
Ümumiyyətlə, son 5 il ərzində "Azəristiliktəchizat" hər il orta hesabla istifadə etdiyi yanacağın təqribən 30-35 faizinin pulunu ödəyib. Qurum bunu tariflərin ucuz olması və xərcləri qarşılamaması ilə əsaslandırır. Halbuki hər il dövlət büdcəsindən bu quruma 35-40 milyon manat vəsait ayrılıb. Qazanxanalar qazla təmin edilsə də, bəzi mənzillərdən hələ də şikayət gəlməkdədir. 
“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə musavat.com-a açıqlamasında problemin bütövlükdə həllini tapdığını bildirdi: “Bütün qazanxanalarımızı ötən həftənin cümə-şənbə günlərində işə salmışıq. İndi artıq yaranan problemlər mənzildaxili istilik sistemi ilə bağlıdır. Bizim “qaynar xətlər”imizə də çoxlu sayda zənglər gəlir. Bu zəngələrin əksəriyyəti sırf mənzildaxili problemlərlə bağlı müraciətlərdir. Bu gün mən iki saat ərzində çağrı mərkəzində oturdum və zənglərə özüm cavab verdim. Abonent var ki, mənzilinin iki otağında istilik var, birində yoxdur. Ancaq bütünlükdə bir binanın bütün mənzillərinin istiliklə təminatında problem yaşanan yer yoxdur. Problem ayrı-ayrı mənzillərlə bağlıdır. Elə mənzil var ki, istilik xəttinin havası buraxılmalıdır. Fərdi problem yaşayanlar bizim çağrı mərkəzinə zəng edirlər. Bəzilərində vətəndaş bacarmadığı üçün işçilərimiz gedib, problemi yoluna qoyurlar. “956” saylı çağrı mərkəzi 24 saat aktiv rejimdə işləyir. 
“Azəristiliktəchizat”dan istilik alan məktəblərin də istilik problemi həll olunub. Mən Bakı Şəhər Təhsil İdarəsi ilə də əlaqə saxladım. Hələ ki, bizə problemlə bağlı hər hansı müraciət daxil olmayıb. Əvvəlki mövsümlərdə sistemlə bağlı problem yaşayırdıq. Bu  mövsümdə qaz gec verildiyi üçün biz soyuq suyu dövriyyəyə buraxmışdıq. Harada axıntı və sair vardısa, aradan qaldırılmışdı, hidravlik təzyiqi tənzimləmişdik. Bizdə bu dəfə daha asan oldu, indi sadəcə, suyu qızdırmaqla məşğuluq. "Azəristiliktəchizat" ASC olaraq, biz hökumətə müraciət etmişik. Borc məsələsinə hökumətdə baxılır. Artıq qazanxanaların qaz təminatı bərpa edilib. İki qurum arasındakı məsələyə isə özümüz aydınlıq gətirəcəyik və çalışacağıq ki, vətəndaşlar bundan əziyyət çəkməsinlər”. 
Bakı Şəhər Təhsil İdarəsindən musavat.com-un sorğusuna cavab olaraq, bildirdilər ki, bəzi məktəblər hələ də istiliksiz qalıb: “Azəristilik”ASC-nin “Azəriqaz” İB-yə ödəniş borcu olduğundan “Azəristilik” ASC-yə verilən qaz təchizatı dayandırılıb. Bu səbəbdən də mərkəzləşmiş qazanxanadan təmin olunan məktəblərdə istiliklə bağlı problemlər yaşanıb. Bununla bağlı mütəmadi olaraq, monitorinq keçirilir və bu gündən bir çox məktəblərin istilik sistemi işə düşüb və hazırda 11 məktəbdə istilik yoxdur. Fərdi qazanxanası olan məktəblərdə isə istiliklə bağlı problem yaşanmayıb və bu məktəblər noyabrın 15-dən istiliklə təmin olunub”.
  
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə bildirdi ki, respublikanın bütün ərazisində əhali və qazanxanalar tələbata uyğun şəkildə təbii qazla təmin olunur: “Bütün qazanxanaların qazla təminatı bərpa edilib. Hər hansı məhdudiyyət yoxdur. O ki, qaldı borcların ödənilməsinə, bir qismi ödənilib, bir qisminin də gələcəkdə ödənilməsi üçün danışıqlar aparılıb. Borcla bağlı danışıqlar gedib, ödəniş qrafiki hazırlanıb. Biz borcu az olan qazanxanaları daha öncə təmin etmişdik, artıq borclu qazanxanalar da işə salınıb”. 
İqtisadçı ekspert Natiq Cəfərli isə bu problemlərin köklü şəkildə həll edilməsi üçün özəl qazanxanaların yaradılmasını və xidmətin dövlətdən özələ keçməsini təklif edir: “Dövlətin əlində olan iqtisadi qurumların hamısında vəziyyət bu cürdür. Bu da onu sübut edir ki, dövlətə məxsus qurumlar iqtisadi idarəetməni bacarmır. Bu qurumlarda gəlirlərin və xərclərin idarə olunmasında hər zaman problemlər yaranır, onların rentabelliyi çox aşağı olur. Bu da həmin qurumların nəzarətsiz olduğunu, “dövlətindirsə, heç kimindir” prinsipi ilə işlədiyini göstərir.  Belə olduğu halda, korrupsiya, xərclərin şişirdilməsi və sair bu kimi hallara yol verilir. Özəl qazanxanaların yaradılması daha yaxşı olardı. Dövlətin harada iqtisadiyyatdan çəkilmə ehtimalı varsa, bunu özəl şirkətlərə versə, daha yaxşı olar. Özəl qurumlar yaradıla və onların rəqabətli mühitdə fəaliyyətinə şərait yaradıla bilər. Bu, dövlətin özünə də xeyir verər və izafi xərclərdən qurtular. Vətəndaşlar da daha keyfiyyətli xidmət alar. Həm də dövlət həmin şirkətlərdən vergi ala bilər. İndiki halda həm dövlət dotasiya verir, həm də borclar yaranır. Bunlar da sonradan dövlətin üstündə qalır, həm də vətəndaşlar əziyyət çəkir”. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ