SON DƏQİQƏ

PressDent.Info

Evində çəkiclə əxlaqsız rəfiqəsini öldürən qadın bəraət almaq istəyir

Evində çəkiclə əxlaqsız rəfiqəsini öldürən qadın bəraət almaq istəyir
14-08-2015, 15:40 29361 dəfə baxılıb

Bakı Apellyasiya Məhkəməsində Lalə Apayevanın (1960-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Ötən il iyunun 17-də saat 15:00 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi ev 39, mənzil 51 ünvanında Lalə Apayeva yaşadığı evdə rəfiqəsi Nailə Vəliyeva ilə birlikdə nahar etdikdən sonra, sonuncu tənha olduğunu, onu heç kimin anlamadığını, bu səbəbdən artıq yaşamaq istəmədiyini bildirərək, Lalə və qızının ünvanına nalayiq ifadələr işlədərək söyüb. Bundan hiddətlənən Apayeva aralarında baş vermiş mübahisə zamanı mənzilində olan çəkic və dəhrə ilə Vəliyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona, ümumilikdə 50-dən artıq xəsarət yetirib. Nailə Vəliyeva kəskin qanitirmə nəticəsində hadisə yerində keçinib.

Məhkəmə prosesində Lalə Apayeva ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Nailə Vəliyeva onun rəfiqəsi olub. O, Nailləni tanıyanda rəfiqəsi heç yerdə işləməyib, insanlara faizlə pul verib. Nailənin psixoloji durumu yerində olmayıb, onun əsəbi və qeyri adekvat olduğu hamıya məlum idi, həmişə evindəki problemlərdən danışırdı. Oğlu Fuad evdən 50.000 dollar oğurlayaraq narkomanlarla xərcləmişdi. Fuad anasını şantaj edirdi, çünki Vəliyeva əxlaqsız həyat tərzi yaşayırdı, ona görə də əri Nazim Vəliyev onunla boşanıb. Əri 4 ay əvvəl rəsmi olaraq Səkinə Əliyeva adlı qadınla evlənib, bu isə Lalə Vəliyevaya pis təsir edib.

Mərhum şahidlərin yanında söyləyib ki, əvvəlki ərinin arvadını öldürəcək. Hadisə günü Nailə Vəliyeva rəfiqəsinin evinə nahara gəlib, özünə içki olaraq çaxır gətirib. Yemək zamanı içki içərək dərmanlar qəbul edib və ağlayaraq oğlundan, ərindən, ərinin yeni arvadından, sevgililərindən şikayət edib və yaşamaq istəmədiyini deyib. Nailə bildirib ki, öncə ərinin arvadı Səkinəni öldürəcək, sonra isə özünə qəsd edəcək. Yeməkdən sonra içkili vəziyyətdə evindəki istilik sistemi olan kombinin yanında yerdə olan alətlərdən baltanı alaraq boğaz nahiyəsinə 2 zərbə vurub.

Lalə gördüklərindən şoka düşüb və dərhal ona bint gətirib və qorxa-qorxa bintlə onun boğazını sarımağa çalışıb. Həmin an Nailə balta ilə onun qoluna vurub. Ev qan içində olub. Nailə onu yerə yıxıb və əlinə keçən çəkiclə ona zərbələr vurub, adını Səkinə deyərək onu boğmağa başlayıb. Çarəsiz bir anda çəkici onun əlindən alan Lalə onun başına bir zərbə endirib. Apayeva göstərib ki, ümumi xəsarətlər mərhumda 4 dənə olub, Nailə onlardan üçünü özü-özünə balta ilə vurub. Bunun nəticəsində 20 dəqiqənin içində mərhum çoxlu qan itirib və ona görə keçinib. Apayeva bildirib ki, Vəliyeva öz evində onun həyatını məhv edib.

Təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, onun barəsində CM-nin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri aşmaqla adam öldürmə) maddəsi ilə hökm çıxararaq onu həbsdən azad etsinlər, əks halda o, özünə qəsd edəcək.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə Apayeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən təqsirləndirilən qadın apellyasiya şikayəti verərək barəsində bəraət çıxarılmasını xahiş edib. 

Prosesin sonu barədə məlumat veriləcək. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ