SON DƏQİQƏ

PressDent.Info

Sürüşmə nəticəsində ailə evsiz qaldı - VİDEO

Sürüşmə nəticəsində ailə evsiz qaldı - VİDEO
20-11-2015, 12:30 34365 dəfə baxılıb

Sürüşmə zonalarında aktivliyin qarşısını almaq çətinləşir. Bu dəfə Yardımlıda torpaq sürüşməsi bir ailəni evsiz qoyub. Mənzil yararsız hala düşdüyündən sakinlər indi çıxılmaz vəziyyətdə qalıblar.
 
Yardımlı rayonunun Vərgədüz kənd sakini Samir Əsədov evinin torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşdüyündən, bu səbəbdən də evdə yaşamağın mümkün olmadığından şikayətçidir.
 
Əsədovlar ailəsini deyilən ünvanda tapmasaq da yaxınları Samirin Qaradağ rayonunda daş karxanasında günəmuzd işlədiyini, ailəsi ilə orada müvəqqəti məskunlaşdığını deyirlər.
 
"Sürüşmə nəticəsində ərazidə inşa olunan bütün evlər qəzalı vəziyyətdədir. Samirin evi də qəzalı vəziyyətdə olduğuna görə, burada qalmırlar. Samir üç uşaq atasıdır. Baş vermiş məlum hadisədən sonra müvəqqəti olaraq bir-iki həftə bizdə qaldılar. Xatırladım ki, ərazidə sürüşmə prosesi isə iki il olar ki, davam edir", - deyə şikayətçinin qaynatası Hüseynəli Cəbiyev bildirib.
 
Samir Əsədov Yardımlı Rayon İcra Hakimiyyətinə də ərizə ilə müraciət etdiyindən məsələ rayon rəsmilərinin də diqqət mərkəzindədir.
 
Rayon FHK-nın sədri Azər Xamıyev bildirdi ki, əraziyə baxış keçirilib və sürüşmənin baş verdiyi təstiqlənib:
 
"Tərəfimizdən məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən sürüşmənin baş verməsi bir daha təsdiqlənib".
 
İcra rəsmisi onu da bildirdi ki, rayonda sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən təqribən 20 ev var və bu barədə FHN-nə məlumat verilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ