SON DƏQİQƏ

20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.

23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

PressDent.Info

Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu

Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu
20-11-2015, 12:27 74037 dəfə baxılıb

Yaxın günlərdə bölgələrdə fəaliyyət göstərən müəllimlərinin diqnostik qiymətləndirilməsi keçiriləcək. Bu barədə Təhsil Nazirliyinin QHT və KİV-lə iş şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib. 
 
"Noyabrın axırı Azərbaycan Respublikasının 12 bölgəsində, ümumilikdə, təxminən 30 min müəllimin diqnostik qiymətləndirilməsi həyata keçiriləcək", - deyə şöbə müdiri əlavə etdi.
 
İndiyə qədər Bakıda fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılıb. Artıq müəllimlərin 95 faizi imtahanlarda iştirak edib. Qiymətləndirilmə 4 gün ərzində aparılıb.
 
Paytaxtda fəaliyyət göstərən məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30 072 nəfər müəllim iştirak edib.
 
Diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarmaq, müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasını, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin etməkdir.
 
Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.
 
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
 
Qiymətləndirilmə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ