SON DƏQİQƏ

PressDent.Info

38 dərəcə isti olacaq

38 dərəcə isti olacaq
18-06-2015, 00:57 27252 dəfə baxılıb

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək,  gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.         

Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi bölgələrdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ