SON DƏQİQƏ

PressDent.Info

5 min bank işçisi ixtisara düşə bilər

5 min bank işçisi ixtisara düşə bilər
13-11-2015, 14:04 31668 dəfə baxılıb

Beynəlxalq Bankda ixtisarlar davam edir. Ümumən, ABB-nin 2500 daimi işçisindən 500-600 nəfəri işdən çıxarılacaq, – deyə bandakı mənbə Turan-a bildirib. Əvvəllər maliyyə naziri Samir Şərifov ABB əməkdaşlarının 25-30% ixtisar ediləcəyini demişdi.

Bu ildən Accessbank-ın 30 nəfərin çalışdığı Yasamal şöbəsi bağlanıb.

İyunda nizamnamə kapitalını 50 mln manata çatdıra bilməyən “AzərbаycanKreditBankı”nın lisenziyası ləğv edilib. Bundan başqa, AMB Evrobank ASC-nin də lisenziyasını ləğv edib. DəmirBank çətin vəziyyətdədir. Mətbuatın məlumatına görə, uynda bankın 127 işçisi ixtisar edilib və indi 1079 əməkdaşı var.

III rübdə əvvəlki rübə nisbətən 5 filial bağlanın, onların ümumi sayı 758-ə azalıb. Turan-ın digər mənbəyi bildirir ki, hər bank filialında adətən, “ölü canlar” da daxil 20-40 nəfər çalışır. Beləliklə, 5 filialın bağlanması 150 iş yerinin ixtisarı deməkdir.

III rübdə ləğvetmə prosesində olan bank sayı 7-ə çatıb. II rübdə bu göstərici 5 idi.

Dövlətstatkoma görə, bu ilin iyun-iyulunda maliyyə sektorunda əməkdaşların 10,06%-i və ya 3,4 min işçi ixtisar edilib. Mayda maliyyə sektorunda 33,8 min nəfər çalışırdı. Bunun 8%-i və ya 2,7 min əməkdaş sığortada çalışır. Bu sektorda 200 nəfər iş yerini itirib.

Turan-ın hesablamasına görə, 2015-ci il 5 min bank işçisinin ixtisarı ilə nəticələnə bilər.

Son 25 ildə maliyyə sektorunda ən çox muzdlu işçi 2014-cü ildə (30,9 min nəfər), ən az 1998-ci ildə (5,4 min nəfər) olub.

Müstəqil ekspert Samir Əliyevin fikrincə, banklarda kadr ixtisarları manatın devalvasiyası ilə bağlıdır. Bu, bank kreditləşməsinin, əhalinin depozitlərinin azalması, problemli kreditlərin artması ilə nəticələnir. Müstəqillik dövründə bu göstərici 1,4 mlrd manata çatıb. Bank kredit kartlarının sayı rekord aşağı (1,3 mln) səviyyəyə düşüb. Azərbaycanın bank sektorunu neftin bahalanması xilas edə bilər, – deyə Samir Əliyev bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ