SON DƏQİQƏ

PressDent.Info

Füzuli Ələkbərov Bakıya yeni 7-seriya BMW gətirdi

Füzuli Ələkbərov Bakıya yeni 7-seriya BMW gətirdi
12-11-2015, 16:02 29934 dəfə baxılıb

Keçmiş nazir avtomobil biznesini çiçəkləndirir

“Improtex Motors” şirkəti öz sərgi-satış salonunda tam yeni 7-ci seriya BMW avtomobilinin təqdimatını keçirdib. Oxu.az məlumatına görə, təqdimat dünən baş tutub. Məlumatda deyilir ki, yeni 7-ci seriya BMW avtomobilinin qapalı təqdimatı 3 gün davam edəcək. “Improtex Motors” şirkəti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. Füzuli Ələkbərov 2013-cü ilin oktyabr ayında tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasının başlıca səbəbi həmin ilin yanvar ayında Ismayıllıda baş verən iğtişaşlarla bağlıdır.

Qeyd edək ki, həmin vaxt Ismayıllının icra başçısı Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov olub. Iddialara görə, həmin vaxt keçmiş nazirin oğlu Vüqar Ələkbərov özünə məxsus “Hammer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb. Rayon sakinləri buna mane olmağa çalışsa da, icra başçısının qohumları Ismayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlər həmin şəxsləri döyüb. Bundan başqa Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hammer” markalı maşını yandırıblar. Sakinlərin Çıraq hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində varlı məmur övladları tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə etmələri olub. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini icra hakimiyyəti binasına doğru yürüş ediblər. Onların əsas tələbi icra başçısı Nizami Ələkbərovun istefası olub. Mitinqçilərə qarşı güc tətbiq etmək üçün dərhal Bakıdan və qonşu rayonlardan Xüsusi təyinatlı qoşunlar və Daxili qoşunlar Ismayıllıya yeridilib. Ismayıllı rayonu tamamilə mühasirəyə alınıb, rayondan giriş-çıxışa qadağa qoyulub. Etiraz edən sakinlərə qarşı qoşunlar rezin güllələrdən, su şırnağından və gözyaşardıcı qazdan istifadə ediblər. Şəhərdə komendant saatı tətbiq edilib, küçəyə çıxan hər bir sakin dərhal polis və ordu tərəfindən həbs edilib.

Füzuli Ələkbərov işdən çıxarıldıqdan sonra isə yeni nazir Səlim Müslümov onun fəaliyyətində çoxsaylı nöqsanları ictimailəşdirib, xeyli sayda adam işdən çıxarılıb, hətta həbs olunanlar da olub. Lakin nə sirdirsə Füzuli Ələkbərovla bağlı hər hansı tədbir görülməyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ