SON DƏQİQƏ

PressDent.Info

Hərbi qulluqçuların pensiyaya çıxması ilə bağlı YENİ XƏBƏR

Hərbi qulluqçuların pensiyaya çıxması ilə bağlı YENİ XƏBƏR
6-11-2015, 16:22 37173 dəfə baxılıb

"Hərbi qulluqçuların güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur".

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Son vaxtlar hərbi qulluqçuların güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 20 ildən 30 ilə qaldırılması barədə yayılan informasiyalara aydınlıq gətirən fond sədri bildirib ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur.

"Bu təklif ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri idi və hazırda müzakirə olunmur", - deyə E. Mehdiyev bildirib.

E. Mehdiyev eyni zamanda islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyini önə çəkərək bildirib ki, hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir: "Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcəkdir. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas yoxdur".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ