SON DƏQİQƏ

20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.

23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

PressDent.Info

AAAF PARK-dan ev alanlar evlərinə niyə köçə bilmir? - ŞİKAYƏT

AAAF PARK-dan ev alanlar evlərinə niyə köçə bilmir? - ŞİKAYƏT
16-07-2015, 00:11 51886 dəfə baxılıb

AAAF Park Yaşayış Kompleksindən redaksiyamıza şikayət daxil olub.

 

İbrahim adlı vətəndaşın elektron poçtumuza göndərdiyi şikayəti təqdim edirik: 

 

“Mən 2013-cü ilin noyabrında qan tər içində qazanıb yığdığım pulumun hamısını AAAF Parkın içərisindəki, onların təmsilcisi Millenium Acentasındakı Hacı Raid deyilən şəxsin sözlərinə inanaraq AAAF Park Bakı-Sumqayıt yolu lahiyəsindəki 4-cü binadan 3 illik kredit şərtiylə AAAF Muhasibine ödədim.


Mənə verilən söz ən geç 2014-cü ilin Oktyabr ayında təmir və yaşamaq üçün mənzilimi tehvil alacaqdım.Bu sözə inanaraq və qənaətlə yaşayaraq Oktyabr ayına qədər bir təhər dözdüm.


Yoldaşım müəllimə və mənim turizm maaşımız aylıq ödəməmiz gərəkən 450 manat AAAF kreditinə üstəgəl 300 manat ev kirayəsinə çətinliklə də olsa aç qalaraq çatızdırırdıq.


Oktyabr ayına gələndə AAAF mənə və mənim kimi Bakı-Sumqayıt yolundaki lahiyədən ev götürən ailələrlə maraqlanmaqdan açıqca imtina etdi, dedilərki o lahiyə ilə əlaqəder bütün suallara tikintidəki məsuliyyetli şəxs Bəxtiyar müəllim baxır.


Bəxtiyar müəllimlə əlaqə saxladığımda mənə işlerin biraz yubanacağını yeni ilə qədər mütleq təhvil verəcəklərini söylədiler.Mən 3 ayda dözüm, ola bilər deyərək gözlədim. Dekabr ayında əlaqə saxlayanda Martın axırında, sonra Mayın Axırında, sonra Avropa Oyunlarından sonra və son əlaqəmizdə Avqust ayında verəcəklərini söylədilər. Mən kirayə pul çatdıra bilmədiyim və kreditin pulunu vaxtında vermək üçün Azərbaycandakı işimi,ailəmi,körpə uşağımı buraxaraq xaricə didergin düşdüm.Çəkdiyim əziyətin hesabını kim verecek? Məlumatlara görə bu lahiyəyə ayrılan pulu yeyiblər,heç sement almağa pulları yoxdur.Elə kobud rəftar eləyirlər ki,tikintiyə gedib sual soruşa bilmirsən.Mənim kimi yüzlərlə ailə var,belə vəziyyətdə olan…”

Şikayətlə bağlı yazıda adı çəkilən Bəxtiyar Məmmədovla əlaqə saxladıq. B. Məmmədov şikayətin müəyyən qədər haqlı olduğunu bildirərək dedi ki, “may ayında evlər təhvil verilməliydi, may-iyun ayı deyilmişdi, may-iyun ayı təhvil veriləcəkdi remonta, iyun ayında Avropa Oyunları ilə əlaqədar işlər tamamilə dayandı, iyun ayı biz işləyə bilmədik. İş dayandığı üçün biz o binaların yekunlaşma işini qurtara bilmədik. 6 saylı binadırsa haqlı deyil, 6 saylı binanı iyun ayına demişik, yanvar ayına veriləcək remonta. Amma 4, 4a, 5, 5a binaları avqust ayının axırnda sakinlər remonta verə bilərlər. 6 saylı binanın isə yerində, qazma, kanalizasiya xətti işində problemlər yaşandı, biz onu gec işləyə bildik. 6 saylı binanı biz inşallah ilin axırına, yanvar ayına təhvil verəcəyik. Yanvar ayında remonta başlaya bilərlər. 6 saylı binanın yubanmasına əsas səbəb o oldu ki, binanın yaxınlığından, hardasa 5-6 metrliyindən Xırdalanın kanalizasiya xətti keçir. Biz paklavanı qazanda həmin kanalizasiya xətti bizim paklavandan 6-7 metr çöldədi. 

 

O kanalizasiya xətti də illərlə işləyən xətt idi, dağılırdı, buraxırdı. Xırdalanda 26-cı məhəllə deyilən yer var onun kanalizasiya xətti idi, həmin xətti, bizə aid olmayan işi görüb bərpa eləmişik, hardasa uzunluğu 150 metr olan 6 metr dərinlikdə kanalizasiya xətti idi. İşin yubanmasına səbəb bu oldu.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ