SON DƏQİQƏ

PressDent.Info

Bakıda yol polisinin növbəti şok özbaşınalığı - VİDEO

Bakıda yol polisinin növbəti şok özbaşınalığı - VİDEO
19-07-2015, 00:07 40606 dəfə baxılıb

İyulun 16-dan 17-nə keçən gecə, saat 00:33 radələrində Bakının Neftçilər prospektində – Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanında sürücü ilə yol polisləri arasında qalmaqal yaşanıb.

 

Hyundai Tucson” markalı, 90 BV 166 dövlət nömrə nişanlı avtomobilin sahibi nəqliyyat vasitəsini Muzey Mərkəzi ilə üzbəüz yolun kənarında saxlayıb.

Bir qədər sonra Yol-Patrul Xidməti əməkdaşları həmin nəqliyyat vasitəsinin fotolarını çəkərək oradan uzaqlaşıblar. Daha sonra isə 99 YP 382 dövlət nömrə nişanlı DYP avtomobili və evakuator həmin “Hyundai Tucson”a yaxınlaşaraq nəqliyyat vasitəsini evakuasiya etməyə başlayıblar. Bu zaman avtomobilin sahibi yol polislərinə yaxınlaşaraq özünü təqdim edib və avtomobilin evakuatordan düşürülməsini xahiş edib. Lakin yol polisləri vətəndaşın haqlı tələbini yerinə yetirmək əvəzinə ona qarşı kobudluq ediblər. YPX əməkdaşları sürücünü itələyərək onun mobil telefonunu əlindən alıblar. Sonra tərəflər arasında mübahisə yaranıb. Bu arada isə mülki şəxslər avtomobili evakuatora yükləyərək cərimə meydançasına aparıblar.

Avtomobilin sürücüsü İlkin Sadıqov saytın əməkdaşına bildirib ki, o, avtomobilin evakuasiya olunduğunu gördükdə dərhal ora yaxınlaşıb və yerində cərimə ödəməyə hazır olduğunu deyib: “Bildirdim ki, maşını düşürsünlər, protokol yazsınlar, gedib cəriməmi ödəyərəm. Mən bilmirdim burada maşın saxlamaq olmaz. Keçən il də burada saxlamışdım. Amma heç nə deməmişdilər. Kənardan gəldiyim üçün xəbərim yox idi. İndi də maşını saxlayıb getdim, götürüb apardılar. Mən maşını cərimə meydançasından çıxarmaq üçün getmək istədim. Amma yol polisləri deyirlər ki, sabah gələrsən”.

Sayt hadisə yerindən çəkilmiş videonu təqdim edir. Videodan da görünür ki, avtomobil sahibi həqiqətən də olay yerindədir. Lakin onun avtomobilini zorla evakuasiya edirlər. Bundan əlavə, evakuasiya prosesinin kobud şəkildə aparılması, maşını sürüyüb güc-bəla ilə evakuatora yüklədikləri də tam aydın görünür. Bütün bunlar isə kobud qanun pozuntusudur.

Qaydalara görə, evakuasiya prosesi təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməlidir. Ən əsası isə qanunda deyilir ki, sürücü avtomobilin yanındadırsa, nəqliyyat vasitəsi, hətta evakuatora tam yüklənmiş vəziyyətdə olsa belə, dərhal düşürülməli və yerində protokol tərtib edilməlidir.

Bu videodan isə aydın olur ki, yol polislərinin protokol yazmaq fikri yox idi. Sadəcə, nə olursa olsun, avtomobil evakuasiya olunmalı idi.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ