SON DƏQİQƏ

PressDent.Info

Baş Prokurorluq Elşad Abdullayevin bacısı oğlu haqda açıqlama yaydı

Baş Prokurorluq Elşad Abdullayevin bacısı oğlu haqda açıqlama yaydı
1-11-2015, 21:30 34988 dəfə baxılıb

Baş Prokurorluğun mətbuat xidməti Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyevin həbs olunmasını təkzib edir. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bununla bağlı yaydığı açıqlamada bildirilir ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub. Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb.
Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ