SON DƏQİQƏ

PressDent.Info

Bakının hansı rayonları "sürüşür"?

Bakının hansı rayonları
30-10-2015, 18:48 23418 dəfə baxılıb

"Oktyabr ayında Abşeron yarımadası, o cümlədən Bakı şəhəri ərazisində - Bayıl, Badamdar, Əhmədli, Günəşli və Nərimanov dairəsində aparılan müşahidələr nəticəsində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub. Hazırda nisbi sabitlikdir".
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
 
O bildirib ki, Zığ, Qaraçuxur, Masazır sürüşmə sahələrində də aktivlik müşahidə olunur: "Mövcud çatlar cüzi də olsa, 50-60 mm genişlənib. Qaraçuxurda, qəbristanlığa gedən yolda atmosfer çöküntüləri, habelə ağırtonnajlı avtomobillərin hərəkəti nəticəsində çatlar genişlənib və yenilər əmələ gəlib. Eyni zamanda, oktyabr ayının əvvəllərində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Sumqayıt-Bakı avtomagistralında çökmə prosesi baş verib. Yolun şəhər istiqamətində olan hissəsində və yaxın sahələrdə asfalt örtüyündə təxminən 2-50 sm enində, 50-80 metr uzunluğunda çatlar yaranıb, habelə asfalt yolda 60-80 sm hündürlüyündə çökmə əmələ gəlib. Kompleksdən 20-25 metr aralıda 3 pillədən ibarət, ümumi hündürlüyü 25-35 metr olan istinad divarlarında deformasiya baş verib. Hazırda ərazidə bərpa-gücləndirmə işləri aparılır".
 
Baş geoloq əlavə edib ki, Quba-Xınalıq avtomobil yolunun 37-46, Qusar-Sudur avtomobil yolunun 37-ci, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı, Muğanlı-İsmayıllı 2-11, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə prosesində aktivləşmə müşahidə olunub: "Nəticədə uçqun baş verib, həm də çatlar genişlənib. İsmayıllı rayonun Xankəndi kəndindəki sürüşmə sahəsində çatlarda genişlənmə baş verib. Sürüşmə sahəsində qismən aktivləşmə qeydə alınıb".
 
Ə. Piriyev qeyd edib ki, Lənkəran-Lerik yolunun 17-19-cu kilometrində atmosfer çöküntülərinin təsiri nəticəsində uçqun prosesi geniş sahəni əhatə edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ