SON DƏQİQƏ

PressDent.Info

Emin Ağalarov film çəkdi

Emin Ağalarov film çəkdi
26-10-2015, 17:29 112253 dəfə baxılıb

Emin Ağalarov Müslüm Maqomayev haqqında film çəkib.
 
ANS PRESS-in məlumatına görə, "Müslüm Maqomayev. Birinci şəxsdən" adlı film sənətkarın vəfat etməsinin ildönümündə nümayiş olunacaq. 
Ekran əsəri estrada və opera ifaçısı Müslüm Maqomayev haqqında memuarlar üzərində qurulub. Filmin prodüsseri Emin Ağalarov, quruluşçu-rejissoru və ssenari müəllifi Mehdi Məmmədovdur.
Sənədli filmdə ifaçının şəxsi həyatı, karyerası, valideynləri və dostları haqqında indiyədək bilinməyən faktlardan danışılacaq.
Bu sənədli film təkcə Maqomayevin musiqi və həyat yolunu işıqlandırmır, bu, eyni zamanda ötən yüzilliyin incəsənət həyatını - ilk musiqi dərslərini, şəxsiyyətlə ideologiyanın qarşıdurmasını, Müslümün Tamara Sinyavskaya ilə görüşünü, həyatını, yaradıcılığını, zamanı, insanlar və özü haqqında düşücələrini əks etdirir. 
"Müslüm Maqomayev. Birinci şəxsdən" adlı sənədli filmdə onun qəlbinin səsi eşidiləcək. 
Görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin xalq artisti Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ