SON DƏQİQƏ

PressDent.Info

“Modern insan və Tanrı” kitabı işıq üzü görüb

“Modern insan və Tanrı” kitabı işıq üzü görüb
24-10-2015, 01:50 25512 dəfə baxılıb

Böyük şərq mütəfəkkiri və filosofu Baqir Sədrin “Modern insan və Tanrı” kitabı işıq üzü görüb.
Nəşriyyatdan verilən məlumata görə, "Modern insan və Tanrı" kitabı elmi və fəlsəfi mövzuları sevən insanların zövq alaraq oxuyacağı bir kitabdır. Bu kiçikhəcmli əsərdə böyük mütəfəkkir və fenomenal şəxsiyyət Baqir Sədr Tanrının varlığını yeni bir metodla – ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modellə isbatlayır. Bu modelin ən üstün və fərqli cəhəti onun müasir elmlərdə olduğu şəkildə müddəaları isbatlama modelin¬dən istifadə etməsi və abstraktlıqdan uzaq olub hissə, konkretliyə daha yaxın olmasındadır.
Oxucu kitabı mütaliə etdikcə “elm” və “iman”ın öz induktiv məntiqi əsas¬la¬rında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayır¬mağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qə¬bul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olu¬nursa, onda elm də inkar olunmalıdır.
Kitab nəfis tərtibatla “Parlaq İmzalar” nəşriyyatında işıq üzü görüb və artıq paytaxtın kitab mağazalarında satışdadır. Nəşriyyatdan bildirildi ki, kitabı onlayn şəkildə də aşağıdakı keçiddən sifariş etmək mümkündür və kitab bütün Azərbaycana üzrə pulsuz çatdırılır: 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ