SON DƏQİQƏ

PressDent.Info

Polad Bülbüloğlu "Dostluq" ordenini Nikita Mixalkova təqdim edib

Polad Bülbüloğlu
24-10-2015, 01:49 24549 dəfə baxılıb

Moskvada Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, tanınmış kinorejissor Nikita Mixalkovun 70 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə iştirak edən Azərbaycanın Rusiya fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək Nikita Mixalkovun təltif olunması ilə bağlı Azərbaycan prezidentinin sərəncamını və səmimi təbrik məktubunu oxuyaraq “Dostluq” ordenini ona təqdim edib.
 
Nikita Mixalkov əməyinə verdiyi yüksək qiymətə görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O, bu yaxınlarda Bakıya səfəri zamanı İlham Əliyevlə keçirdiyi görüşü xatırlayaraq, həmin görüşün onda xoş təəssürat oyatdığını vurğulayıb. Yubilyar Aleksandr Qriboyedov haqqında müştərək filmin çəkilişləri ilə bağlı razılığın olduğunu da qeyd edib.
 
Tədbirdə iştirak edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin də Nikita Mixalkovu ürəkdən təbrik edib.
 
Qeyd edək ki, 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovu Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ