SON DƏQİQƏ

PressDent.Info

Salyan rayon ictimayəti həyacan təbili çalır.

Salyan rayon ictimayəti həyacan təbili çalır.
21-10-2015, 16:40 119747 dəfə baxılıb

Rayonda ağ ölümün səviyyəsi  get-gedə artır.

Rayon polis idarəsi narkotik alverinə qarşı mübarizə aparmaqdansa , narkotik alverini himayə edir.

  Salyan polis idarəsinin  vicdanlı polis işçiləri  narkotik alverçilərinin küçələrdə istədikləri növ uyuşdurcu maddələrin açıq  satışından hiddətə qəliblər. Adlarını çəkilməsini isləməyən  vicdanlı polis işçiləri  işlərini itirəcəklərindən  və ailələrinin  pis  vəziyyətə  düşəcəyindən ehtiyat edirlər. Polis işçiləri ilə birlikdə rayon ictimayətinin nümayəndələridə mövcüd vəziyyətdən narahatdır. Rayonun ictimayət nümayəndələri bildirillər ki: “ narkotikin açıq satışı nəticəsində artıq orta məktəb uşaqları, hətta qızlar  belə narkotik istifadəçisinə çevrilmişdir. Artıq genafonumuz sual altındadır. Sabah bu qızların elə həmin narkotikin satışına şərait yaradan adamın evində gəlin olacağına və xəstə uşaqlar dünyaya gətirməyəcəyinə zəmanət verən yoxudur. Amma rayonun baş narkoloqu, icra və səhiyyə sistemi heç bir tədbir  görmək istəmir. Narkotiq alverinə bir başa rəhbərliyi  polis idarəsinin rəis müvini Azər Tağıyev  edir.”

   İdarədə işləyən vicdanlı polislər bildirillər ki: “ həbs olunan narkotik alverçiləri elə həmin günü növbə dəyişən kimi azad edilir. Adınıda qoyullar ki, saxlanilan şəxs əyaqyoluna gedib və  nəzarətiz  olduğu  halda qaçıb. Yada məhkəmə binasından nəzarət olunmayan yerdən qaçıb. Üstündən bir  neçə  gün sonra  həmin adam yenə küçədə aşıq narkotik alverində , yenə iş başında olub onları həbs edən polislərı ələ salırlar. Vicdanlı polis işçiləri bilmillər ki, rəhbərliyin qanunsuz əməlləri ilə yada narko-aboronlarla mübarizə aparsınlar. Narko-aboronlara rayon polis idarəsnin rəhbərliyi tərəfindən havadarlıq olunandan sonra bu alvere qarşı çıxış edəb vicdanlı insanların  özlərinin və ailə üzvülərinin  həyatlar təhlükı altındadır.

   Məsələ ilə bağlı respublikada dövlət qurumlarında şəffaf  idrəçilik və demokratiq prinsiplərə riayət olunmaqla aşağıların rəhbərlik tərəfindən sıxışdırlma hallarını, əhalinin şikayətinin düzgün araşdırılmasının monitoringini aparan “Şəffaf İdarəçiliyə Dəstək” İçtimayi Birliyi  ilə  ələqə saxladıq. İçtimayi birlikdən bizə məlumat  verdilər  ki, Salyan rayonunda  neğativ   hallar barədə məlumatlıdırlar və bu barədə lazımı orqanlara müraciət ediblər amma onların müraciətlrinə hələ dövlət qurumlarından cavab gəlməyib. Ümümilikdə Respublika üzrə dövlət  qurumlarında şəffaf  idarəçilik və ictimayətə açıq olma fakları çox  aşağı səviyyədədir. Buna görədə ayrı ayrı məmurlar vəzifə  salahiyyətlərini aşır.Tabeliyində olan insanları müxtəlif yollarla  hədələyərək onları rəhbərliyin tapşırığına sözsüz əməl  etməyə məcbur edirlər. Bu hallar polis işçilərinin rəhbərliyin qanunsuz əmələrinə göz yummağa, səhiyyə sahəsində  ruşvətə , korrupsiyaya,təhsil işçilərinin  şağirdlərdən əsasız pul yığmalarına  və seçki saxtakarlığının təşkilinə şərait yardır. Didər büdcədən maliyyələşən təşkilatların işçiləridə sözsüz icra hakimiyyətindən gələn əmirlərə tabe olur ki, buda demokratiya  insan hüquq və azdlıqlarına tam ziddir. Biz “Şəffaf İdarəçiliyə Dəstək” İçtimayi Birliyi  olaraq Salyan içtimayətinin haqlı  tələbini müdafiə edirik və dövlət qurumlarını öz işlərində cinayət etməməyib, vəzifə  səlahiyyətlərindən sui istifadə edib, varlanmaq məqsədi  güdməməyə,  vətəndaşlar qarşısında məsuliyyətli  olmağa  çağırırıq.

 Cəmil.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ