SON DƏQİQƏ

PressDent.Info

Xalq artisti: Yaxşıyam

Xalq artisti: Yaxşıyam
2-07-2015, 21:48 26038 dəfə baxılıb

Bu günlərdə xalq artisti Ramiz Əzizbəylinin səhhətinin yenidən pisləşdiyi barədə xəbərlər yayıldı. Bununla əlaqədar olaraq, xalq artisti ilə əlaqə saxladıq. 
 
Ramiz Əzizbəyli öz səhhəti ilə bağlı bunları deyib: “Səhhətimin yenidən ağırlaşması məlumatı doğru deyil. Yaxşıyam. Lakin bilirsiz ki, insultam və vəziyyətim olduğu kimi qalır”.
 
Xalq artisti onu yoluxmağa gələnlərdən də danışıb: “Yanıma gəlib-gedənlər var. Onların hər birinə çox sağ ol deyirəm”.
 
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında üzləşdiyi avtomobil qəzasından sonra beyin insultu keçirmişdi. Xalq artisti əvvəlcə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında, daha sonra isə Mərkəzi Gömrük Hospitalında müalicə aldıqdan sonra evə buraxılmışdı. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ