20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.
23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.
13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov
16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq
10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
İlqar Məmmədova fiziki təzyiq xəbəri yayıldı
Oktyabrın 16-da ReAL Hərəkatının sədri İlqar Məmmədova saxlandığı 2 saylı cəzaçəkmə müəssəsində fiziki təzyiq göstərilib. Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Məlumata görə, vəkili Fuad Ağayev İlqar Məmmədovun yanında olub. O, gedəndən sonra həbsxana rəhbərliyi İlqar Məmmədovu yenidən danışığa çağırıb və söhbətin sonunda İlqar Məmmədova fiziki təzyiq olunub. Söhbətin nə mövzuda olduğu bəlli olmasa da, son dövrlərdə İlqar Məmmədov özü də ona olunan təzyiqlərin əfv ərizəsi yazmaq istiqamətində olduqunu bildirirdi.
Hazırda vəziyyəti dəqiqləşdirmək mümkün deyil, sabah şənbə günü olduğu üçün vəkillərin ziyarəti yeni qaydalara uyğun olaraq imkansızdır.
Mənbə onu da deyir ki, 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Eyvaz Əsgərovdur: “Görünür, Arif Əsgərov İlqar Məmmədovdan qol gücünə əfv ərizəsi aldırmaqla özü prezidentin əfv siyahısına düşmək istəyir”
Vəkil Fuad Ağayev Meydan TV-yə deyib ki, o da bu barədə eşidib. Amma dəqiq heç nə deyə bilməz: “Şənbə və bazar günləri İlqar Məmmədovla görüşmək mümkün deyil. Ona görə də məsələni gələn həftənin əvvəli araşdıracam. Ancaq mətbuat bu məsələni gündəmdə saxlamalıdır”.