SON DƏQİQƏ

PressDent.Info

Doktor Süleyman Cəbrayılov məsləhət verir (R)

Doktor Süleyman Cəbrayılov məsləhət verir (R)
15-10-2015, 20:57 156794 dəfə baxılıb

Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı müalicəsi (videolarla)

 

Bu gün prostat vəzi xəstəlikləri və kişilərin cinsi zəflik problemləri – ha­qqında ən çox danışilan tibbi problemlərdəndir. Belə ki, son illərdə həm prostat vəzi xəstə­lik­ləri, həm də cinsi zəiflik problemləri ilə həki­mə mü­raciətlərin sayı əvvəlki dövr­lərlə müqayisədə xeyli artmışdır. Həm də bu sahədə tibb elminin əldə etdiyi uğurlar,  Ultrasəs Müayinə (USM – УЗИ)  aparatlarının hamı üçün əlçatan olması,  dərmanlarla müalicə imkanlarının artması buna rəvac vermişdir. Digər tərəfdən, bu  gün prostat vəzi xəstəliklərindən danışmaq bir də ona görə va­cibdir ki,  nəi­nki bütün MDB ölkələrində və bizim ölkədə, eləcə də tib­bin ən yüksək inkişaf etdiyi ölkələrdə də, cərrahi urologiyada əsaslandırılmamış cə­r­ra­hi əməliyyatlar (yəni ziyanı faydasından çox olan əməliyyatlar) baş alıb gedir və xəstələr vaxtindan əvvəl bir çox həyat keyfiyyətinini itirir.

60 yaşını tamam etmiş bir kişi üçün “prostat vəzi” yeni bir söz deyil və əksəriyyəti artıq bir neçə dəfə həkimə baş vurmuş olduğundan həkimə  çox suallar verməyə ehtiyacları  da olmur. 50 yaşını tamam etmiş kişiyə isə bu əlamətdar ad gününün (yubiley   yaşının) sabahı  uroloqa baş çəkməyi  məsləhət görərdik (!)

Bununla belə, illər ötdükcə əhali arasınada  prostat vəzi ilə bağlı sualların məzmunu da dəyişir. Amma  prostatla bağlı ən çox verilən bir çox suallar öz aktuallığını itirmir. Bunlar təxminən bu məzmunda olurlar:

  1. Prostat vəzi nədir?
  2. Prostat adenoması nədir?
  3. Prostat adenomasının cinsi zəifliklə əlaqəsi varmı?
  4. Prostatitin (prostat vəzinin iltihabının) cinsi zəifliklə əlaqəsi varmı?
  5. Prostat vəzi xəstəliklərinin əlamətləri hansılardır?
  6. Məndəki əlamətlər prostat adenoması və ya iltihabı, və ya xərçəngi üçün şübhə yaradırmı?
  7. Mən prostat vəzi xəstəlikləri ilə bağlı hansı müayinələrdən keçməliyəm?
  8. . Mən prostat vəzi xəstəlikləri ilə bağlı müayinələrə necə hazırlanmalaşmalıyam?
  9. Pprostat vəzi xəstəlikləri ilə bağlı müayinə və müalicələrin mənim sağlamlığım üçün mümkün faydası, riski, ağırlaşma ehtimalları barədə kimdən öyrənə bilərəm və s.

Bu kimi bir çox suallara bu VİDEO-da cavablar verilmişdir.

https://www.youtube.com/watch?v=mJrozM3FWcg

Kişilərdə cinsi zəiflik haqqında isə söhbət bir qədər başqadır. Cinsi zəiflik problemindən danışanda konkret bir yaş söyləmək mümkün deyil. Üstəlik, cinsi zəifliklə bağlı problemi olanların heç də hamısı həkimə baş vurmaq istəmir – inamsızlıq, utanc hissi, tibbi savadın olmaması buna mane olur. Məsələnin ən mürəkkəb cəhəti isə bu   deyil.  Prostat vəzi xəstəliklərinin müalicəsindən fərqli olaraq, cinsi zəifliyin müalicəsində bir çox hallarda həkimdən və onun məharətindən az şey asılı olur (cinsi zəifliklə bağlı pasientin şəxsi problemləri  və psixiloji durumu müalicənin nəticəsinə daha çox təsir edir).

Kişilərdə cinsi zəiflikə bağlı ən çox verilən suallar bunlardır;

  1. Cinsi zəiflik nədir? – Cinsi zəifliyin nə olması ən sadə şəkildə belə ifadə oluna bilər; Cinsi zəiflik (impotesiya, erektil disfunksiya və s) – kişinin öz cinsi fəaliyyətindən (həvəs vəə ya imkanından) razı qalmamasıdır!
  2. Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri hansılardır? – Bu səbəbləri bir neçə qrupa ayırmaq olar:
  • Psixoloji: stress, depressiya, qorxu və həyəcanla bağlı vəziyyətlər  (o cümlədən şəxsi problemlər)
  • Xəstəliklərlə bağlı problemlər
  • Həyat tərzi: məsələn, siqaret çəkməyin cinsi zəiflik törədə bilməsi sübut olunmuşdur.  Spirtli içki isə cinsi həvəsi artırsa da ereksiyanı (bərkiməni) zəiflədir. Başqa sözlə; Spirtli içki həvəsi artırır, imkanı azaldır! 

 Xəstəliklərlə  bağlı problemlərdən ən çox rast gələnlər:

– Sidik-cinsiyyət sisteminin xəstəlikləri: prostatitlər, prostat vəzinin xoş  və bədxassəli böyüməsi (şişləri), xarici cinsiyyət üzvünün – penisin qüsurları.
–  Hormonal pozuntular (testesteronun səviyyəsinin aşağı olması)

– Şəkərli diabet xəstəliyi
– Ürək-damar xəstəlikləri: hipertoniya xəstəliyi, insult, infarkt və b.k
– Nevroloji xəstəliklər.
– Ruhi xəstəliklər
– Yaşlanma  (qocalma) ilə bağlı problemlər: 60 yaşlı kişilərdə cinsi zəiflik halları 40 yaşa nisbətən 4 dəfə artıq olur.
– Prostat vəzinin tam xaric edilmə və ya şüalanma yolu ilə müalicəsi
– Cinsiyyət üzvünün zədələnmələri
–  Böyrəklərin ağır çatışmazlığı.

– Bəzi dərman preparatlarının qəbulu.  Müəyyən qrup dərmanlar da cinsi zəiflik əmələ gətirə bilər!

  1. Erkən boşalma nədir və müalicəsi varmı?
  2. Geriyə boşalma nədir və müalicəsi varmı?
  3. Hansı dərman preparatları cinsi zəifliyi aradan qaldırır?

Cinsi zəifliklə bağlı daha ətraflı məlumat bu videoda:

https://www.youtube.com/watch?v=iUQ4NccgRsc

Kişilərdə prostat xəstəlikləri və cinsi zəiflik haqqında geniş  məlumatlar almaq üçün  Realtibb.com saytından yaxud   “google” axtarış sitemidən istifadə etməklə aşağıdakı məqalələri oxuya bilərsiniz:

Prostat vəzi xəstəlikləri: Adenoma
Kişilərin cinsi zəiflik problemi – Çıxış yolu
Kişilərin prostat vəzi  problemi – Çıxış yolu
Prostat vəzi xəstəlikləri: miflər, həqiqətlər

Cinsi zəiflik və onun müalicəsi haqda bütün  həqiqətlər.  1-ci məqalə

Cinsi zəiflik və onun müalicəsi haqda bütün  həqiqətlər.  2-ci məqalə

Cinsi zəiflik və onun müalicəsi haqda bütün  həqiqətlər.  3-cü məqalə

Cinsi zəiflik və onun müalicəsi haqda bütün  həqiqətlər.  4cüi məqalə

Cinsi zəiflik və onun müalicəsi haqda bütün  həqiqətlər.  5-ci məqalə

 

Qadınlarda və ya uşaqlarda sidik sisteminin problemlərinin  (sistit, gecə enurezi)  müalicəsi haqda məlumatlar almaq üçün isə Realtibb.com saytından, yaxud   “google” axtarış sitemidən istifadə etməklə aşağıdakı məqalələri oxuya bilərsiniz və ya bu videolara baxa bilərsiniz

Gecələr sidiyi saxlaya bilməmək –Gecə  enurezi

ENUREZ – yuxuda sidikqaçırma

Qadinlarda sidik qaçirma  problemi. Sistit

Daha ətraflı bu videolarda

http://www.youtube.com/watch?v=RC8kOYx4P3w

http://www.youtube.com/watch?v=Z2jtu-__Fp0

  • “Real” Tibb Mərkəzində (Bakı, 8 km, B.Nuriyev, 55) kişilərin cinsi zəifliyinin, prostat vəzi xəstəliklərinin və sidik-cinsiyyət sisteminin digər pozulmalarının (sidik qaçırma, gecə enurezi, sidik ifrazı problemləri və s.) müalicəsi məqsədilə dünyanın öncül uroloji elmi cəmiyyətlərinin (Amerika Uroloqlar Assosiasiyası), elmi tədqiqat institutlarının (Glickman Urological and Kidney Institute –Clivelend (Klivlend)) uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Bu müalicə protokollarının hazırlanmasında yüzlərlə həkim-professor iştirak tmişdir. Dünyanın onlarla ölkəsində, o cümlədən ardaş Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır. “Real” Tibb Mərkəzində cinsiyyət üzvlərinin ultrasəs müayinəsi, doppler müayinəsi ilə yanaşı labarator analizlər yolu ilə cinsi fəallığın təmin olunmasında mühüm rol oynayan hormonların (kişiyə və qadına aid hormonların, orqanizmin diğər vacib hormonlarının) səviyyəsinin müəyyən edilməsinə, infeksiyalarin aşkarlanmasına geniş imkanlar vardır.
    Unutmaq olmaz ki, kişilərdə cinsi fəallığın vəziyyəti təkcə orqanizmin fiziki halından deyil, həm də psixoloji halından asılıdır və bu vəhdətin birgə dərk olunması, fiziki və psixoanalitik metodların yüksək peşəkar həkimlər tərəfindən tətbiqi impotensiyanın – cinsi zəifliyin bütün formalarının tam müalicəsinə zəmanət verir.

Müəllifin digər  məqalələrini internetdə axtarışla (google və digər) vəyaRealtibb.com  ünvanından oxuya bilərsiniz.

Real Tibb Mərkəzi
Bakı, 8 km, B.Nuriyev, 55 (“Laçın“ Universamı və Siyaqut” şadlıq evinə yaxın)


(050)  501  60  70

(077 601  60  70

 (055)  519  91  84

(050)  519  91  84

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ