SON DƏQİQƏ

PressDent.Info

Ziya Məmmədovun biznes ortağı da hədəfdə

Ziya Məmmədovun biznes ortağı da hədəfdə
15-10-2015, 20:56 34138 dəfə baxılıb

«AQ İnşaat»ın rəhbəri Qulam Hənifəyevin fəaliyyətinin yoxlanılmasına hazırlıq gedir

Nəqliyya naziri Ziya Məmmədovun “vurulması” prosesi onun yaxın ətrafını da hədəfə gətirib. “Azadlıq”a verilən məlumata görə, Ziya Məmmədova yaxın iş adamlarının fəaliyyətinin yoxlanılmasına hazırlıq gedir.

Ən çox hədəfə gələn də nazirin biznes ortaqlarından və ən yaxın adamlarından biri “AQ Inşaat”ın rəhbəri Qulam Hənifəyevdir. Məlumat üçün deyək ki, Qulam Hənifəyev vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra “Gənclik”də “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Hənifəyev nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini ona verib. Bu şəxs barədə ilginc faktlardan biri vaxtilə onun dövlət çevrilişinə görə istintaqa cəlb olunmasıdır. Goranboylu olan Qulam Hənifəyevin keçmiş briqada komandiri Rasim Əkbərovla sıcaq münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə asi olanda Qulam Hənifəyev də ona dəstək verib. Bu onun “Əkbərov işi”lə bağlı aparılan istintaqa cəlb olunması ilə nəticələnib. Lakin naməlum səbəblərdən Qulam Hənifəyev sudan quru çıxa bilib.

Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu posta təyin olunmasında da Qulam Hənifəyevin mühüm xidmətləri olub.

Məlumata görə, Qulam Hənifəyevin fəaliyyətinin yoxlanılması məhz Ziya Məmmədovla əlaqəlidir. Bildirilir ki, o, nəqliyyat nazirinin “vurulması” prosesinə start veriləndən az sonra hüquq-mühafizə orqanlarının “qara siyahısı”na düşüb. Bəzi məlumatlarda bildirilir ki, o, yaxın günlərdə dindirilmək üçün hüquq-mühafizə orqanlarına çağırılacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ