SON DƏQİQƏ

PressDent.Info

Repressiyalar davam edir.

Repressiyalar davam edir.
15-04-2015, 02:51 31776 dəfə baxılıb

Dırnaq arası demokratiya içində çiçəklənən Azərbaycanda mətbuat və söz azadlığı, insan haqları kobud şəkildə pozulmağa davam edir. Sanki bir neçə ildə seçdikləri hədəflərinə qarşı hakimiyyətin düşmən mövgedə olması diqqətlərdən yayınmır. Hədəfdə olan hüquq müdafiəçiləri, jurnalist və bloggerlər, siyasətçilər, gənc fəallar təqib edilir, həbsə atılır, işgəncələrə məruz qalır. Beynəlxalq güclərin Azərbaycan hakimiyyəti ilə qarşılıqlı əməkdaşlıq cəhdləri cavabsız və hətta geri çevrildiyi üçün hakimiyyət üzərinə düşən insan haqları öhdəliyində bütün sərhədləri rahatca aşmaqdadır. Avropadan gələn öhdəliklərə əməl etmə tələbi isə heç nəticə vermir.

 

Qeyd edək ki, bu cür təqib və təzyiqlərə məruz qalmış jurnalistlərdən biri, Əliyevin biznesini araşdırmaları ilə ifşa edən, “Azadlıq radiosu” Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayıldır. O, 05 dekabr 2014 cü il tarixində saxta ittihamlarla azadlıqdan məhrum edilib. xədicə ismayıl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 ci (özünü pldürmə həddinə çatdırma) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

 

İstintaqın dediyinə görə, sözdə Xədicə xanım "Azadlıq radiosunun" və "Meydan TV"nin keçmiş əməkdaşı Tural Mustafayevi intihara sövq edib. Hazırda araşdırmaçı jurnalist həmin tarixdən bu günə kimi həbsdədir.

 

Digər təzyiqlərlə üzləşən jurnalist, reportyorların Azadlığı və Təhlükəsizliyi İnistutu (RATİ) rəhbəri Emin Hüseynovdur. Jurnalistə qarşı ciddi təzyiq kompaniyası başlamış, sonradan qondarma ittihamla O. Vergidən yayınma və bu kimi iqtisadi cinayətlərdə ittiham edilərək axtarışa verilib. Həbsinin sifarişi verilən Hüseynovun İsveçin Bakı səfirliyində sığındığı da danışılır. Ancaq bu haqda rəsmi bilgi yoxdur və gerçək olub olmaması hələlik məlum deyil.

 

Təzyiqlərin daha bir qurbanı olmuş tanınmış jurnalist İdrak Abbasovdur. O, peşə fəaliyyətini yerinə yetirərkən, yəni özəl mülkiyyətin qanunsuz söküntüsü və vətəndaşların zorla evlərindən çıxarıldığının çəkilişini apararkən hakimiyyətin mülki geyimliləri və polis tərəfindən vəhşicəsinə, huşunu itirənədək döyülmüşdür. Təzyiq və təqiblər davam etdiyindən İdrak Abbasov ölkəni məcburi olaraq tərk etmişdir.

 

“Azadlıq” qəzeti yazarı və “Azərbaycan Saatı” televiziya programının aparıcısı Seymur Həzi də bu ilin avqust ayında repressiyadan nəsibini almış jurnalistlərdəndir. O, Cinayət Məcəlləsinin 221 ci (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq həbs edilib.

 

Zaman irəlilədikcə siyasi fəallar, hüquq müdafiəçiləri, jurnalistlər və müstəqil fikirli insanlara qarşı repressiyalar daha da kəskinləşdi və həbs dalğası genişləndi. Həbslər isə sırf siyasi qisas, azad fikiri boğmaq məqsədi daşıyır. Təqib və təzyiq, həbslər və hətta ölüm təhlükəsi ilə üzləşən azad fikirli, müxalif mövgeyli insanlar mümkün olduqda ölkə xaricinə qaçaraq təhlükəsizliyini təmin etsə də, qaçmağa nail olmayan insanlar ölkə ərazisində işgəncələrdən və həbslərdən yaxalarını qurtara bilmir.

 

Təzyiqlərə məruz qalmış digər jurnalist Züleyxa Balacayevadır. Jurnalist fəaliyyəti müddəti boyunca dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalan, polisdə dindirilən, hədə ilə üzləşən jurnalistin hətta ailəsinə belə ciddi basqı edilmişdir. Artıq uzun müddətdir ki, onun harada və necə olması haqda heç bir məlumat yoxdur. Güman edilir ki, onu MTN (Milli Təhlükəsizlik Nazirliyi) saxlamışdır. Bu haqda dövlət orqanlarına edilən müraciətlər cavabsız qalmış, haqqında heç bir bilgi verilməmişdir.

 

Günü–gündən uçuruma yuvarlanan neft zəngini ölkənin başında duran İlham Əliyev isə diktaturasını uzatmaq adına repressiyalardan çəkinmir.

 

Samir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ