SON DƏQİQƏ

PressDent.Info

"İcra başçısı məni ailəmin yanında təhqir edərək qovdu”

12-10-2015, 20:04 33090 dəfə baxılıb

Gəncə sakini İlham Əliyevə məktubunda icra başçısı Elmar Vəliyev və müavinləri barədə nələr yazıb?

Gəncə sakini Nahib Hüseynov şəhid ailəsi olduğunu, bu gün iki azyaşlı övladının təhsili ilə məşğul ola bilmədiyini deyir. Bunun səbəbini isə o, dövlət başçısı Ilham Əliyevə ünvanladığı, surətini "Azadlıq”ın redaksiyasına da göndərdiyi məktubunda açıqlayır:

"Mənim 58 yaşım, əlaçı oxuyan iki məktəbli övladım var. Uzun illərdir ki, şəkər xəstəliyindən və yüksək təzyiqdən  əziyyət çəkirəm. Gəncə şəhəri, Dədə Qorqud küçəsindəki 36 saylı binanın yanında şəxsi mülkiyyətim olan mağazam vardı. 17 ildir ki, ailəmi bu mağazadan gələn gəlirlə dolandırırdım. Eşitdiyimə görə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva Gəncədə yerləşən 39 saylı məktəbin təmirdən sonra açılışına gələcək. Bunu fürsət bilən icra başçısı Elmar Vəliyev həmin məktəbdən 1 km aralı yerləşən mağazamı guya abadlıq işi adı altında sökmək istədi. Icra başçısı 28.08.15-ci ildə mağazama ağır texnikayla gələrək, onu içindəki avadanlıqlarla birlikdə darmadağın etdi. Icra başçısının niyyəti bu idi ki, yaxşı yerdə yerləşən mağazamı sökdürüb torpağı baha qiymətə başqasına satsın.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ