SON DƏQİQƏ

PressDent.Info

Valideyn himayəsindən məhrum olmuş evsiz uşaqlar üçün ev tikiləcək

Valideyn himayəsindən məhrum olmuş evsiz uşaqlar üçün ev tikiləcək
11-10-2015, 01:24 25684 dəfə baxılıb

Azərbaycanda dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv (ev 1) yaşayış evi tikiləcək.
 
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, artıq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi” təsdiqlənib.
 
Müəssisə burada yaşayan məzunların işlə və daimi yaşayış yeri ilə təmin olunması istiqamətlərində tədbirlər görmək, bu məqsədlə hüquqi və fiziki şəxslərə müraciət etmək hüququ var. Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla, qəbul edilirlər.
 
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ətrafdakılara təhlükə yaradan yoluxucu xəstəliklərin daşıyıcısı olduqda məzuna yaşayış sahəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir.
Müqavilə müddət göstərilmədən bağlanılır. Məzunun əvəzsiz istifadəyə götürdüyü yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüququ yoxdur. Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ