SON DƏQİQƏ

PressDent.Info

Almaniyada borclular niyə intihar etmir?

Almaniyada borclular niyə intihar etmir?
3-10-2015, 23:07 22111 dəfə baxılıb

Oktyabrın 1-dən Rusiya fiziki şəxslərin müflisləşməsi haqqında qanun qüvvəyə mindi. Almaniyada belə qanun 1999-cu ildən mövcuddur. Qanun qüvvəyə mindiyi ilk illərdə rəsmi müflis olanların sayı artır və qısa müddətdə ildə 100 minə nəfərə çatdı. O vaxtda statistika stabil qalıb. Yalnız son 3 ildə yüngül azalma tendensiyası müşahidə olunur. 2014-cü ildə 86 min nəfər özünü müflis elan edib. Bununla yanaşı kreditorlara borclarını qaytara bilməyən Almaniya vətəndaşlarının sayı 6 milyon nəfərdən artıqdır.
16 illik Almaniya təcrübəsi onu deməyə əsas verir ki, bir çox hallarda maliyyə durumu normal olan və işini ciddi planlaşdıran şəxslər müflis olur. Bu da onların həyatında baş verən gözlənilməz hadisələrlə bağlı olur. Bu şəxslərin 90 faizi böhranlı situasiyanın qurbanıdır. Müflisləşmənin digər səbəbləri kimi işin itirilməsi, xəstəlik və boşanmadır. Bəziləri isə şəxsi biznesində uğursuzluğa duçar olur.
Ancaq Almaniya hökumətinin əsas vəzifəsi vətəndaşı gələcəkdən tam məhrum etməmək və ona normal həyata qayıtmaq üçün şans verməkdir.
Vətəndaş müflis elan ediləndən sonra 6 il müddətində faktiki olaraq yaşayış minimumuna bərabər vəsait alır. Bundan artıq əldə etdiklərini isə borclarının ödənməsinə sərf edir.
Bir çox iri şəhərlərdə bələdiyyə nəzdində çətin maliyyə durumuna düşənlər üçün məsləhətxanalar fəaliyyət göstərir. Onlara həmçinin kilsə və xeyriyyə təşkilatları yardım edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ