SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Tanınmış vəkil Qaralovun dediklərini alt-üst etdi

Tanınmış vəkil Qaralovun dediklərini alt-üst etdi
2-10-2015, 19:01 34121 dəfə baxılıb

Müzəffər Baxışov: «Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizə aparılmır»

Prokurorluq əməkdaşlarının peşə bayramı günü baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində məqalə ilə çıxış edib. Məqalədə bir sıra maraqlı statistiq rəqəmlər açıqlayan Z.Qaralov vurğulayıb ki, qətllərin açılma faizi isə 92,8-ə yüksəlib. “2014-cü ilin birinci yarımilində ölkə üzrə cəmi qeydiyyata alınmış cinayətlərin 80,1 faizinin açılması təmin olunmuşdusa, cari ilin müvafiq dövründə bu rəqəm 84,8 olub”, deyə Z.Qaralov vurğulayıb.

Bildirilib ki, cinayətlərin növləri üzrə götürdükdə xüsusilə ağır cinayətlər üzrə açılma faizi bu ilin birinci yarımilində ötən ilin eyni dövrünə nisbətdə 93,1-dən 96,8-ə, ağır cinayətlər üzrə 79,8-dən 80,9-a, az ağır cinayətlər üzrə 80,9-dan 85-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 78,6-dan 85,5-ə yüksəlib.

Z.Qaralovun sözlərinə görə, prokurorluqda istintaqı aparılan cinayət işləri üzrə bu göstəricilər daha yüksək olub. Belə ki, prokurorluq orqanlarında istintaqı aparılan işlər üzrə açılma faizi ötən ilin birinci yarımillində 86,9 faiz olduğu halda bu ilin müvafiq dövründə 93,1 faiz təşkil edib. Xüsusilə ağır cinayətlər üzrə bu rəqəm 94,9-dan 97,5-ə, ağır cinayətlər üzrə 83,3-dən 85,8-ə, az ağır cinayətlər üzrə 90,5-dən 92,8-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 79,9-dan 96,8-ə yüksəlib. Qəsdən adam öldürmə cinayətlərinin açılma faizi ötən ilin birinci yarımilində 86 olduğu halda bu il 92,8 olub, rüşvət cinayətləri üzrə isə bu rəqəm 83,3-dən 100-ə yüksəlib.

Z.Qaralov bundan başqa bildirib ki, Azərbaycanda 22 korrupsioner elə cinayət başında yaxalanıb. Bütün rüşvət cinayətlərinin üstü açılıb.

Bəs verilən bəyanatlar və əldə olunan uğurlar reallığa uyğundurmu?

Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Z.Qaralovun prokurorluğun effektiv fəaliyyəti ilə bağlı açıqladığı rəqəmlər tam yalandır. Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizənin aparılmadığını deyən M.Baxışov vurğuladı ki, Azərbaycanda sırf korrupsiya ilə məşğul olan şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb edilib, cəzalandırılmır: “Azərbaycanın Baş Prokuroru yanında Korupsiyaya Qarşı Mübarizə Baş Idarəsi var. Həmin o idarə korrupsiya cinayətləri ilə deyil, heç bir əsas olmadan bu və digər şəxsləri qanunsuz yollarla cinayət məsuliyyətinə cəlb etməklə məşğuldurlar. Məsələn bir faktı deyim. 1975-ci ildə Xanlar rayonunun ərazisində ”fin” evləri tikilib. Indi həmin tikilinin bir manat da dəyəri yoxdur. Çünki onların istismar müddəti bitib. Indi həmin tikilini 2003-cü ildə kimsə özələşdirib. Həmin o, şəxsi Baş Prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş Idarəsi Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə külli miqdarda əmlakı mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb ediblər. Yəni yalandan dələduzluq, digər cinayətlərə görə insanları cinayət məsuliyyətinə cəlb edirlər və hesabat verirlər ki, bunlar korrupsiyaya qarşı mübarizə aparırlar”.

Korrupsiyanın Azərbaycanda həyat səviyyəsinə çevrildiyini deyən M.Baxışov vurğuladı ki, Azərbaycanda kimlərin korrupsiya ilə məşğul olduğunu və toplanmış pulların kimlərə çatdığını hamı bilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ