SON DƏQİQƏ

20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.

23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

PressDent.Info

Göyçayda 20 il sonra doğulan uşaq arxa düşərək öldü – VİDEO

Göyçayda 20 il sonra doğulan uşaq arxa düşərək öldü – VİDEO
29-09-2015, 20:22 41105 dəfə baxılıb

Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 
 
Hadisə Göyçayın Qaraxıdır kəndində qeydə alınıb.
 
Kənd sakini, 3 yaşlı Əsgər Cavanşir oğlu Kərimov yaşadığı evin həyətində oynayarkən valideyn nəzarətindən yayınıb və yaxınlıqdakı su arxına düşərək boğulub.
 
Dərinliyi 2 metrdən çox olan və suyun iti axdığı arxda köməksiz vəziyyətdə qalan 3 yaşlı uşaq dünyasını dəyişib. Valideynlər əvvəlcə uşağın küçəyə çıxdığını və ya qonşu həyətə keçdiyini düşünərək onu xeyli axtarıblar. Sonradan uşağın cəsədini suya düşdüyü yerdən 150 metr aralıdan taparaq çıxarıblar.
 
Kənd sakini Şamil Həmidov hadisənin təfərrüatını belə açıqlayıb: 
 
"Ata elə bilib ki, uşaq anasının, ana isə elə bilib ki, atasının yanındadır. Kənd həyatıdır. Təsərrüfat işləri məşğul olarkən başları qarışıb. Ani məqamda uşaq arxa yaxınlaşıb, ayağı sürüşüb və suya düşüb".
 
Qeyd edək ki, ailənin 3 qız və bir oğlan övladı olub. Üç qız övladından sonra 20 il oğul həsrəti ilə yaşayan ailə arzusuna gec də olsa, çatıb. Amma valideynlərin oğul sevinci çox çəkməyib və 3 yaşlı Əsgər faciəli şəkildə dünyasını dəyişib.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ