SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Əhmədzadənin oğlu Qaxdan deputat olmaq istəyir İLGİNC FAKTLAR+FOTOLAR

Əhmədzadənin oğlu Qaxdan deputat olmaq istəyir İLGİNC FAKTLAR+FOTOLAR
10-08-2015, 18:32 110367 dəfə baxılıb

Cuma Əhmədzadənin Qaxda hazırkı millət vəkili Azər Kərimlini əvəz edəcəyi gözlənilir
 
Nəzərə alsaq ki, Qax rayonuna Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiyev, qonşu Zaqatala rayonuna isə Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə rəhbərlik edirlər, o zaman Cuma Əhmədzadənin Qaxdan deputat seçilməsi Qaxda heç kimdə şübhə doğurmur. Eyni zamanda Cuma Əhmədzadənin Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evli olması onun şansını daha da artırır. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə millət vəkili olmağa hazırlaşır. Bu barədə bizi məlumatlandıran mənbə bildirib.
Əhmədzadənin oğlu Qaxdan deputat olmaq istəyir
Əhmədzadənin oğlu Qaxdan deputat olmaq istəyir
Məlumata əsasən Cuma Əhmədzadə Qax rayonundan öz namizədliyini irəli sürəcək. Onun Qaxdan hazırkı millət vəkili Azər Kərimlini əvəz edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Qax rayonuna Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiyev, qonşu Zaqatala rayonuna isə Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə rəhbərlik edirlər, o zaman Cuma Əhmədzadənin Qaxdan deputat seçilməsi Qaxda heç kimdə şübhə doğurmur. Eyni zamanda Cuma Əhmədzadənin Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evli olması onun şansını daha da artırır. Bundan başqa Cuma Əhmədzadənin YAP-ın siyahısında yer alması gözlənilir.
Qeyd edək ki, Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də atası sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada olan 2 şirkəti ("ALPS s.r.o.”, "GYUNEL LİMİTED”) olması barədə daha əvvəllərdə mətbuatda yazılıb. "GLOBALLY LTD” adlı daha bir şirkətin məhz Cümə Əhmədzadəyə aid olması təsdiqlənib. Həmin məlumatın təsdiqi haqqında sübutu təqdim edirik:
Əhmədzadənin oğlu Qaxdan deputat olmaq istəyir
Həmçinin Cuma Əhmədzadə Azərbaycanda "Advisors CO.", "Proyekt", "Muğal" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibidir. Cüma Əhmədzadənin, həm də otelllər zəncirinin sahibi olduğu da bildirilir. Onlardan birinin açılışında şəxsən ölkə Prezidenti İlham Əliyev də iştirak edib.
Əhmədzadələr tərəfindən artıq tamamən özəlləşdirildiyi bildirilən Qax rayonunda tikilən "El-Resort” oteli Prezidnetin iştirakı ilə açılışı olan obyektlərdən biridir. Əhmədzadələrə məxsus olduğu bildirilən (biz dəqiqləşdirə bilmədik) " İlisu `Uludağ` Turizm və İstirahət Kompleksi”nin açılışında da şəxsən Prezident özü iştirak edib. 
Əhmədzadənin oğlu Qaxdan deputat olmaq istəyir
Cuma Əhmədzadənin deputat seçilməsinə heç kimin şübhəsi olmasa da, mənbə Azərbaycanın tanınmış məmur-oliqarxlarından biri olan Əhmədzadənin oğlunun Qaxda problemlərlə üzləşməsini də istisna etmir. Çünki yerli əhali Qaxın icra başçısı Əhmədzadələrin xalası oğlu Musa Şəkiliyevdən çox narazıdır. Bu barədə danışan mənbə bildirir ki, yerli Qax və Zaqatala sakinləri uzun müddətdir ki, Əhmədzadələrin sosial-iqtisadi monopoliyasından əziyət çəkir. Ona görə də Cuma Əhmədzadənin Qaxdan deputat mandatı almasına Qax sakinlərinin böyük əksəriyyəti qarşıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ