SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

İsmayıllıda başçıdan "donos" yazdıran kimdir?

İsmayıllıda başçıdan
10-08-2015, 18:26 36221 dəfə baxılıb

Qəzetimizin ötən saylarından birində dərc etdiyimiz tənqidi materialda İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasovun öz işində yol verdiyi ciddi nöqsanlara dair yerli mənbələrdən aldığımız bəzi açıqlamalar təqdim olunmuşdu. Qeyd edək ki, İsmayıllı rayonu respublikamızın ən qədim mədəniyyət və turizm mərkəzlərindən biridir. Bu rayon özünün hələ sovet vaxtından məşhur olan turizm məkanları, təmiz havası və füsunkar təbiəti ilə hər zaman diqqət mərkəzində olub. Bu gün də İsmayıllı rayonu turistlərin çox səfər etdikləri rayonlar sırasındadır Hətta yay fəslində orada istirahət üçün yer tapmaq müşkülə çevrilir. Lakin son zamanlar bu rayonun mədəniyyət və turizm şöbəsinin fəaliyyəti daha çox neqativ halların bolluğu ilə diqqəti cəlb edir. Rayondan daxil olan məlumatlara görə, şöbənin müdiri Azər Abbasovun qanunsuz əməlləri və tətbiq etdiyi yanlış idarəetmə üsulları rayon sakinlərinin narazılığına səbəb olub. Çünki bu şəxs İsmayıllının mədəniyyət və turizm sahələrinin inkişafına dair heç bir iş görmür. Bu xüsusda aldığımız şikayət məktublarından birində isə ümumiyyətlə Azər Abbasovun rayonun bu sahələrinə xələl gətirməklə məşğul oldu iddia edilir: "İsmayıllıda bu gün guya ki, kəndlərin hamısında mədəniyyət evləri fəaliyyət göstərir. Lakin buna fəaliyyət demək olmaz. Şöbə müdiri həmin mədəniyyət evlərinə müəyyən maraqları naminə öz yaxın adamlarının adlarını yazdırıb onlara düşən əmək haqqlarını mənimsəyir. Sözügedən müəssisələrin fəaliyyətindən heç əsər-əlamət yoxdur. Bir-iki mədəniyyət klubu var ki, onların da fəaliyyəti heçə bərabərdir. Adıçəkilən müəssisələrin konstruksiyası da bərbad vəziyyətdədir. Onların əsaslı təmirə ehtiyacı var. Əks halda bir neçə ildən sonra bu müəssisələri yerində görmək mümkünsüz olacaq. O baxımdan mədəniyyət evlərinə dövlət tərəfindən ayrılan vəsaitlər lazımi yerlərə sərf olunmalıdır. Hansı ki, bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Azər Abbasov tərəfindən mənimsənilir. Bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır...” Həmçinin aldığımız məlumatlarda göstərilir ki, rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda isə Azər Abbasov tərəfindən ödənişdən boyun qaçıran müəssisə rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Təbii ki, yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Buna görə də hazırda İsmayılıda fəaliyyət göstərən əksər müəssisələrin ştat cədvəlinə salınmış "ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Digər tərəfdən isə son vaxtlar ölkə mətbuatında yayımlanan məlumatlarda Azər Abbasovun, rayonda quruculuq işləri aparan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova qarşı əks mövqeylərdən çıxış etdiyi iddia olunur. Bu xüsusda məlumatlarda bildirilir ki, şöbə müdirinin başçıya qarşı çıxmasının əsas səbəbi Mirdaməd Sadıqov tərəfindən ona dəfələrlə xəbərdarlıq edilərək ciddi iradların tutulması ilə bağlıdır. İddialara görə məhz elə bu səbəbdən Azər Abbasov özünə yaxın olan mediada icra başçsına qarşı "qara-piar” əməliyyatları aparmaqla məşğuldur. Mənbənin dediyənə görə, Azər Abbasov bu məqsədlə ayda iki dəfə paytaxta gələrək, dostluq etdiyi jurnalistlərə icra başçısına qarşı iftira xarakterli yazılar sifariş etdirir.  

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ