SON DƏQİQƏ

PressDent.Info

Teatrdan qovulan xalq artistinə vəzifə verildi

Teatrdan qovulan xalq artistinə vəzifə verildi
19-09-2015, 18:32 32918 dəfə baxılıb

Azərbaycanın sevilən aktyoru, xalq artisti Valeh Kərimov işlə təmin olunub.
Bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu mövsümdə Gəncə Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərəcək: “Hazırda Gəncədəyəm. Məni bura rejissor kimi dəvət ediblər. Həm tamaşalar hazırlayacam, həm də aktyor kimi rollar oynayacam”.
V.Kərimov bildirib ki, hazırda sözü gedən teatrda quruluş verəcəyi əsəri teatr rəhbərliyi ilə müzakirə edir: “Mənim fikrimdə çox əsərlər var. Teatrın imkanları çatan əsərləri səhnəyə gətirəcəm”.
Xatırladaq ki, Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərirdi. O, ötən mövsümdə yaşla əlaqədar teatrdan kənarlaşdırılıb.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ