SON DƏQİQƏ

PressDent.Info

Salyanda bir gecədə iki bıçaqlanma

Salyanda bir gecədə iki bıçaqlanma
19-09-2015, 17:50 37528 dəfə baxılıb

Salyan rayonunda bir gecədə iki bıçaqlanma hadisəsi baş verib.

Gecə saatlarında Qırxçıraq kəndi ərazisində 1993-cü il təvəllüdlü Şahbazov Vüqar Vaqif oğlu tərəfindən 1974-cü il təvəllüdlü Zahir Kamran oğlu Mustafayev mübahisə zəminində bıçaqlanıb. Zahir Mustafayev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

Digər hadisə saat 23.00 radələrində Salyan rayonunun Qarabağlı kəndində baş verib. Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Qaraxanov Kamil Köçəri oğlu Əmrah adlı şəxs tərəfindən üzəçıxdı mərasimi zamanı bıçaqlanıb. Yaralı Şirvan şəhər Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Hər iki faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ