SON DƏQİQƏ

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

PressDent.Info

85 yaşlı Goranboy...

85 yaşlı Goranboy...
13-08-2015, 20:54 52492 dəfə baxılıb

Goranboy rayonu 08 avqust 1930-cu ildə yaradılsa da, onun adı 1938-ci ildən Qasım İsmayılov adlandırılır. Ümumi ərazisi 1791 kv2 olan rayonun əvvəlki adı, 1992-ci ildə yenidən özünə qaytarılır. Son məlumatlara görə bu gün rayonda əhalinin ümumi sayı 111727 nəfərdir. Rayonun yaradılmasının 85 illiyi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən, 07 avqust 2015-ci il tarixdə elmi-praktik konfrans, istehsal sahələrini özündə əks etdirən sərgi və rayonun tarixini əhatə edən mədəni-kütləvi tədbirlər də keçirilmişdir. Keçirilən elmi-praktik konfransı ilk olaraq, rayon icra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev açdıqdan sonra, mövzu ilə bağlı icra hakimiyyəti başçısının müavini Elçin İsmayılovun, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyevin və rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalovun da məruzələri dinlənilmişdir. Tədbir zamanı rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup əmək veteranına və qabaqcıllarına, icra hakimiyyəti tərəfindən fəxri fərmanlar və pul mükafatları da verilmişdir.
 
Rayonun yaradılmasının 85 illiyi ilə bağlı, 07 avqustda keçirilən tədbirdə respublikanın tanınmış incəsənət nümayəndələri, o cümlədən Könül Kərimova, Cabbar Musayev, əməkdar artist Gülüstan Əliyeva, Samir Piriyev, Günay İbrahimli, İlkin Əhmədov, Aqşin Tariyeloğlu, skiribkaçı əməkdar artist Səlim, müğənni Elton və digərləri iştirak etmişlər. Konsert proqramı ictimai televiziyada canlı şəkildə yayımlanmışdır. Belə bir tədbirlər rayonun həyatında xüsisi əhəmiyyət daşıdığından, bu yöndə atılan hər bir addımı xüsusi qiymətləndirmək lazımdır. Sözsüz ki, bu günün özü də bir tarixdir. Əgər cənab Nizaməddin Quliyev rəhbərlik etdiyi rayonun tarixinin qeyd olunması üçün xüsusi təşəbbüs göstərirsə, belə bir addımın özü, həm də tariximizin yaşadılması deməkdir.
Bir həqiqəti də qeyd edək ki, Nizaməddin müəllimin rayon rəhbərliyinə təyinatı, Goranboyun tarixində olduqca əhəmiyyət daşıyan dönüş nöqtəsinin başlanğıcı oldu. Məsələn, bu gün rayonun kənd və qəsəbələrində sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılırsa, xüsusilə də rayonun ermənilərdən 250 metrlik aralı məsafədə, yəni sərhəd zolağında yerləşən Tapqaraqoyunlu kənd sakinlərinin təhlükəsizliyi naminə, uzunluğu 1500 metr, hündürlüyü isə 6 metr olan sədd çəkilirsə, sərhəd kəndlərinə lazımi diqqət göstərilirsə, əhalinin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına, işsizliklə bağlı problemlərinin və digər məsələlərinin həlinə rəhbərlik diqqətlə yanaşırsa, bunu necə unutmaq olar? Əlbəttə ki, olmaz! Çünki, sadaladıqlarımızın hamısı, məhz Nizaməddin Quliyev başçı təyin olunduqdan sonra həllini tapıb. Adicə bir misalı qeyd edək ki, rayon rəhbərliyinin işgüzar fəaliyyəti zaman-zaman hakimiyyətin yuxarı dairələrinin də diqqətini cəlb etdiyindən, hələ bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, onu "Şöhrət ordeni” ilə də təltif etmişdir.
Ümumiyyətlə, Goranboy təkcə belə bir göstəriciləri ilə deyil, həm müalicəvi neft yatağının olması, həm də yüksək keyfiyyətli neftinin varlığı ilə də adını dillər əzbəri edib. Məsələn, vaxtilə istifadə olunan neftindən götürülmüş nümunələr, məhz Goranboy neftinin Küveyt nefti ilə eyni olduğunu aşkara çıxarmışdır.
85 yaşlı Goranboy...
85 yaşlı Goranboy...
85 yaşlı Goranboy...

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ