SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda toya hazırlaşan nişanlı oğlan intihara cəhd etdi

Azərbaycanda toya hazırlaşan nişanlı oğlan intihara cəhd etdi
16-09-2015, 19:23 24758 dəfə baxılıb

İsmayıllı rayonunda intihara cəhd olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlu yaşadığı evin zirzəmisində özünü kəndirlə asıb.
Ailə üzvləri onun intihar cəhdindən tez xəbər tutaraq kəndiri boynundan çıxarıblar.
A. Hidayətov ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətində olan gəncin özünə qəsd etmək istəməsinin səbəbi hələlik məlum deyil.
Yaxınlarının verdiyi məlumata görə, A. Hidayətov nişanlıdır, sentyabrın 20-də toyu olacaq. Qız toyu isə artıq keçirilib.   
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ