SON DƏQİQƏ

PressDent.Info

Mətbuata təzyiqlər davam edir

Mətbuata təzyiqlər davam edir
8-05-2013, 15:16 36169 dəfə baxılıb

Mətbuata qarşı hakimiyyətin ciddi səylə təzyiqi davam edir.

 

Azadlıq qəzeti ən çox təzyiqlərə məruz qalan mətbu orqandır. Bundan başqa Yeni Müsavat qəzeti də təzyiqlərdən nəsibinin almaqdadır.

 

Bu qəzetlərin köşk satışlarına qadağalar, qanunsuz yasaqlar davam edir.

 

Ancaq hər iki qəzetin internet versiyası yayımına davam edə bilir və hələlik heç bir maneə ilə rastlaşmayıb.

 

Hakimiyyət hər bir yolla azad sözü susdurmaqda qərarlı görünür. Xatırlayırsızsa keçən il, yəni bir neçə ay öncə Agentliklərdən birinə edilən MTN hücumu nəticəsində Dünya Xəbərləri İnformasiya Agentliyi bağlanılmış və redaktor həbs edilmişdi.

 

Bundan başqa Talışo Sədo qəzeti baş redaktoru da qəzetə edilən təzyiq nəticəsində zindana atılan jurnalistlərdəndi.

 

Beynəlxalq Təşkilatlar hakimiyyətin azad sözə qarşı olan hücumunu pisləyən bəyanatlarla tez-tez çıxış etsə də, hələlik hakimiyyət geri çəkilmək niyyətində deyil. Və ən acısı isə bu basqı hər keçən gün daha da artmaqdadır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ