SON DƏQİQƏ

PressDent.Info

Habil Əliyevlə vida mərasimi keçirildi FOTO

Habil Əliyevlə vida mərasimi keçirildi FOTO
9-09-2015, 12:47 33333 dəfə baxılıb

Mərasimdə sənətkarın ailəsi, dostları və incəsənət xadimləri iştirak edir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında xalq artisti Habil Əliyev ilə vida mərasimi keçirilib.

Mərasimə mərhumun ailə üzvləri, dostları, incəsənət xadimləri və tanınmış sənət adamları qatılıb.

Vida mərasimində mərhumun ailə üzvləri, tanınmış şəxslər Habil Əliyev haqda öz təəssüratlarını bölüşüblər.

Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva bildirdi ki, o, Habil Əliyevdən həyatı boyu bir dəfə də olsa pislik görməyib.

“Mən hər zaman Habil müəllimlə fəxr etmişəm. O, mənə həyat yoldaşından daha çox dayaq idi. Onun yoxluğu hər zaman hiss olunacaq”, -deyə Şərqiyyə Əliyeva bildirib.

Xalq artisti Canəli Əkbərov isə sənatkarın yaradıcılığından bəhs edərək onun dahi ustad olduğunu dedi. Onun sözlərinə görə, Habil Əliyev bütün Azərbaycanın sevimlisi idi.

“Mən onun yaradıcılığını bir neçə dəqiqəyə anlatmağa çalışsam bu sənətkara hötmətsizlik olar. Onu ifadə etmək üçün günlər lazımdır. Ancaq onu deyə bilərəm ki, Habil möhtəşəm sənətkar və sadiq dost idi”, -deyə C. Əkbərov dedi.

Sənətkarın oğlu Rəvan Habil oğlu isə atasının ona ata deyil, dost olduğunu dedi.

Dövlət Flarmoniyasında xalq artisti ilə vida mərasimi sona çatdıqdan sonra Habil Əliyev birinci fəxri xiyabanda dəfn olunacaq.

Xalq artisti Habil Əliyev uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında 89 yaşında evdə dünyasını dəyişib. (ans)









 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ