SON DƏQİQƏ

PressDent.Info

Məktəbin direktoru özünü asmaq istəyib, oğlu isə ultimatum göndərib

Məktəbin direktoru özünü asmaq istəyib, oğlu isə ultimatum göndərib
12-09-2015, 19:07 39458 dəfə baxılıb

Sabirabad şəhərindəki Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayevanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə xəbər vermişdik.
 
Xəbərdə deyilirdi ki, D.Mustafayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb.
 
Rayon sakinlərinin bildirdiyinə görə, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən isə rayon məktəblərinin müəllimlərinin adına külli miqdarda kredit götürüb. Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən banklar kredit borcunu müəllimlərin əmək haqqından tuturmuş. İddialara görə, müdhiş kredit qalmaqalında keçmiş məktəb direktoru ilə yanaşı başqa vəzifəli şəxslərin də adı keçir.
 
Mənbə onu da bildirib ki, Diləfruz Mustafayeva haqqında cinayət işi başlandığı üçün o, bir neçə gün əvvəl məktəb direktoru vəzifəsindən azad olunub. Bir neçə gün əvvəl mötəbər mənbədən Qafqaznews.az-a daxil olan məlumata görə, Diləfruz Mustafayeva ultimativ şəkildə söyləyib ki, əgər məni həbs etsələr rayondakı 2 mühüm vəzifəli şəxsin adını çəkəcəm. Mənbə onu da bildirdi ki, dünən gecə məktəb direktoru özünü asmağa cəhd edib. Və o öz qardaşına deyib ki, əgər həmin şəxslər məni burdan qurtarmasa özümü asacam.
 
Sabirabad RPŞ-nin müstəntiqi Şahin Abdulov Qafqaznews.az-ın müxbirinə bildirib ki, Sabirabad rayon məhkəməsinin qərarı ilə məktəb direktoru barəsindəki qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Bu gün aldığımız məlumata görə, Diləfruz Mustafayevanın “voyenkomat”da işləyən oğlu ( adını öyrənə bilmədik) bildirb ki, anamı həbs etsələr özümü Təhsil Nazirliyinin qarşısında yandıracam. Diləfruz Mustafayevanın Rusiyada işləyən əri isə rayona gələrək mülklərinin satılmasına icazə verməyib.   

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ