SON DƏQİQƏ

PressDent.Info

Göygöldə hərbi hissədə bədbəxt hadisə baş verib

Göygöldə hərbi hissədə bədbəxt hadisə baş verib
12-09-2015, 18:42 28738 dəfə baxılıb

Göygöldə N saylı hərbi hissədə bədbəxt hadisə baş verib. 
 
Gecə saatlarında adıçəkilən hərbi hissənin aerodromunda gözətçi işləyən rayonun Balçılı kənd sakini, 1985-ci il təvəllüdlü Asəf Adil oğlu Hüseynov ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər huşsuz vəziyyətdə olan xəstəyə ilkin tibbi yardım göstərdikdən sonra vəziyyəti normallaşmağa başlayıb. 
 
30 yaşlı gəncin hansı şəraitdə huşsuz vəziyyətə düşməsi hələlik məlum deyil. Onun üzərində hər hansı zorakılıq əlaməti və xəsarət aşkarlanmayıb. 
 
Faktla bağlı aidiyyəti qurumlarda araşdırma aparılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ