SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Yanan binanın sakinləri məmurlardan prezidentə şikayət etdi

Yanan binanın sakinləri məmurlardan prezidentə şikayət etdi
10-09-2015, 18:48 38911 dəfə baxılıb

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yanmış 16 mərtəbəli binanın zərərçəkən sakinləri ölkə başçısına müraciət ediblər.
 
Sakinlər adından musavat.com-a göndərilən müraciətdə bildirilir ki, onlar dəymiş ziyanın aradan qaldırılması ilə bağlı verilmiş rəsmi sərəncamın bəzi məmurlar tərəfindən yerinə yetirilməməsindən narazı qaldıqlarını və sənəddə nəzərdə tutulduğu kimi ev əşyaları ilə təmin olunmalarını istəyiblər: “Hazırda mənzillər təmir olunub, mebellə təchiz olunub. Amma soyuducu, kondisioner, televizor, paltaryuyan maşın verilməyib və həmin əşyaların verilməsindən də imtina olunur. Halbuki mənzillər yanarkan həmin əşyalar da sıradan çıxıb”.
 
Sakinlər deyirlər ki, 15 avqust, 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində baş nazirin birinci müavini Abid Şərifovun sədrliyi ilə keçirilmiş iclasda sakinlərin suallarına cavab olaraq ev əşyalarının onlara ayrılmış 20 min manat mənəvi təzminatla alınacağı bildirilib. Sakinlər isə etiraz olaraq deyiblər ki, həmin 20 min manat kompensasiyanı paltarlarına, yeməyə və sağlamlıq problemlərinə xərcləyiblər.
 
Müraciətdə həmçinin dövlət başçısı İlham Əliyevdən yanan binadakı evlərin ev əşyaları ilə tam təmin olunması və onlara əlavə problemlər yaradılmaması xahiş olunub.
 
Müraciətin sonunda prezidentə belə bir xahiş ünvanlanır: “Hörmətli prezident, xahiş edirik ki, bizim ev və məişət əşyaları ilə təmin olunmağımıza kömək edəsiniz”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ