SON DƏQİQƏ

PressDent.Info

Bakıda döyüldüyü üçün polisə şikayət edən şəxs idarədə döyüldü

Bakıda döyüldüyü üçün polisə şikayət edən şəxs idarədə döyüldü
3-09-2015, 21:01 27693 dəfə baxılıb

1982-ci il təvəllüdlü Niyaz Həsənov Bakıda ata və oğul tərəfindən döyülüb. Musavat.com-un əldə etdiyi məlumata görə, onu döyənlər Bakı şəhər sakinləri 1967-ci il təvəllüdlü Zakir Xəlilov və oğlu 1990-cı il təvəllüdlü Elnur Xəlilov olub.
 
Hadisə Xətayi rayonu, M.Rüstəmov küçəsində baş verib. Niyaz Həsənov hadisə barədə 34-cü Polis Bölməsinə məlumat verib və hər iki şəxsdən şikayətçi olub. Bölməyə dəvət edilən ata və oğul burada da dava salıb.
 
Zakir Xəlilov Polis Bölməsinin həyətində Niyaz Həsənovu təkrar döyüb.
 
Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ