SON DƏQİQƏ

PressDent.Info

FHN: Ceyranbatanda heç kəs batmayıb

FHN: Ceyranbatanda heç kəs batmayıb
7-08-2015, 14:16 22214 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Ceyranbatan su anbarında vətəndaşın batması haqqında məlumatlarla bağlı açıqlama yayıb.
 
FHN-in mətbuat xidmətindən  daxil olan açıqlamada deyilir ki, son günlər bəzi KİV-də 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun yanlış olaraq Ceyranbatan su anbarında batması və bununla bağlı müxtəlif qeyri-dəqiq fikirlər səslənməkdədir.
 
"Bununla əlaqədar bildiririk ki, 30 iyul 2015-ci il tarixində FHN-in “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun batması barədə məlumat daxil olub.
 
Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal həmin şəxsin axtarışına başlanılıb. Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, 1 avqust 2015-ci il tarixindən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdiriblər.
 
Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər.
 
Axtarış işlərinin gedişi və nəticəsi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Əlavə olaraq bildiririk ki, Ceyranbatan su anbarı FHN tərəfindən ən müasir texnologiyalar tətbiq edilməklə yüksək səviyyədə mühafizə olunur və anbarın ərazisinə hər hansı kənar şəxsin daxil olması və ya çimməsi qeyri-mümkündür". - deyə açıqlamada qeyd olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ