SON DƏQİQƏ

PressDent.Info

Gəncə Şəhər İcra Hakimiyyətinin işçisi iş otağında ölüb

Gəncə Şəhər İcra Hakimiyyətinin işçisi iş otağında ölüb
10-08-2015, 13:16 28904 dəfə baxılıb

Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi iş otağında ölüb. Bu barədə məlumat Trend-ə etibarlı mənbədən daxil olub. Belə ki, bu gün günorta saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin 63 yaşlı məsul işçisi Məmmədov Tariyel Nadir oğlu iş otağında qəflətən dünyasını dəyişib.
 
Onun iş başında olarkən özünü qəflətən pis hiss etdiyi bildirilib. Gəncə Şəhər Təcili Tibbi Yardım briqadası hadisə yerinə gələn zaman onun dünyasını dəyişdiyini görüblər. Ehtimal olunur ki, mərhum infarktdan dünyasını dəyişib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ